"Azərsun": Qiymət artımı olsa belə, ən yaxşı vəziyyət bizdədir
Dünyada hökm sürən vəziyyətə baxmayaraq, “Azərsun Holdinq" istehsal etdiyi məhsulların – şəkərin, yağın xammallarını gətirə bilir.
Bunu Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) biznes forumunda iştirak edən “Azersun Holding"ın baş icraçı direktoru Savaş Uzan bildirib.
S.Uzan qeyd edib ki, şirkət olaraq gözləntiləri dünyada baş verəcək hadisələrlə bağlıdır: “Məlum olduğu kimi, Rusiya və Ukrayna arasındakı müharibə dünyada onsuz da yüksək olan qiymətlərə daha ağır zərbə vurub. Dünyada neftin qiymətinin yüksəlməsi, logistika problemləri, xammalın bahalaşması ərzaq qiymətlərinə birbaşa təsir göstərib. Xüsusilə də, müharibənin başlaması ilə dünya ölkələrinin ixracata qoyduqları qadağalar da əlavə problem olub. Amma şükürlər olsun ki, dünyada hökm sürən vəziyyətə baxmayaraq, biz “Azərsun Holdinq” olaraq istehsal etdiyimiz məhsulların – şəkərin, yağın xammallarını gətirə bilirik”.
S.Uzan şəkər nümunəsi əsasında regiondakı vəziyyəti də şərh edib:
“Bu gün Azərbaycanda satılan şəkərin tonu Rusiyada satılandan 300 ABŞ dolları ucuzdur. Bir neçə gün öncə Özbəkistanda idim. Orada da maraqlanıb öyrəndim ki, şəkər Azərbaycanda olduğundan iki dəfə daha bahalıdır. Qazaxıstan və Qırğızıstanda isə şəkər bizdə olandan 60-70 % daha bahadır. Bir sözlə, Azərbaycanda həm qiymət, həm də malın əlçatanlığı daha əlverişlidir. Yəni istehlakçılar istədikləri malı rahatlıqla tapa bilirlər. Qiymət artımı olsa belə, regionda ən yaxşı vəziyyət bizdədir. Ölkə Prezidentinin tapşırığından sonra hökumətlə birgə çalışmalarımız nəticəsində “Azərsun” olaraq istehlakçılarımıza minimum qiymətlərlə satış təklif edirik”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 27 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















