Azərbaycana İslam ölkələrindən gələn turistlər ümumi turistlərin 55%-ni təşkil edir

İslam ölkələri arasında turizm əlaqələrinin inkişafı pandemiyadan sonrakı bərpa prosesini sürətləndirəcək.
Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iyunun 28-də Bakı Konqress Mərkəzində keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında qeyd edib.
Konfrans Fuad Nağıyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlama mətninin oxunması ilə işinə başlayıb.
Mətndə İƏT-in Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri olması, 2021-ci ildə Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 illiyinin tamam olması, Azərbaycanın hər zaman İƏT-in fəaliyyətini dəstəklədiyi, üzv dövlətlər arasında həmrəyliyin, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərdiyi qeyd olunub.
Həmçinin salamlama mətnində 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi vurğulanıb.
İƏT-in istər işğal müddətində Azərbaycana qarşı təcavüzü və işğalı pisləyən, ölkəmizin suverenliyini və ərazi bütövülüyünü dəstəkləyən çoxsaylı qətnamə və bəyanatlar qəbul etməsi, istərsə də müharibə zamanı nümayiş etdirdiyi qətiyyətli mövqe və Azərbaycanın haqq işinə dəstək verməsi alqışlanıb.
İşğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən bütün mədəni irsin, İslam dininə aid bütün abidələrin, 67 məsciddən 65-nin yerlə-yeksan edilməsi, digər məscidlərə ciddi zərər vurulması, təhqiramiz əməllər törədilərək yalnız azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edilməsi, ekosid törədilməsi qeyd olunur, İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasının və talan olunmasının qəti şəkildə pislənməsinə görə üzv dövlətlərə və Katibliyə təşəkkür bildirilib.
Mətndə pandemiyadan əvvəlki 3 il ərzində İƏT-ə üzv dövlətlərdən ölkəmizə 3 milyondan çox turist gəldiyi qeyd olunub və qarşıdakı illərdə üzv dövlətlərdən turist axının sürətlənəcəyinə və turizm əlaqələrinin daha da genişlənəcəyinə inam ifadə olunub.
Sonda sessiya çərçivəsində aparılacaq müzakirələrin turizm əməkdaşlığının artırılması üçün yeni ideya və təşəbbüslərin irəli sürülməsinə, qardaş xalqlarımız arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb və sessiyanın işinə uğurlar arzulanıb.
Daha sonra tədbir Fuad Nağıyevin çıxışı ilə davam edib.
Öz çıxışında Fuad Nağıyev görüşün pandemiyadan sonra İslam ölkələrinin turizm rəsmilərinin ilk görüşü olduğunu, konfransın üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm platforma kimi çıxış etdiyini bildirib.
Azərbaycanın İƏT-ə üzv olan dövlətlərlə qarşılıqlı turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, Azərbaycana İslam ölkələrindən gələn turistlərin say nisbətinin ümumi turistlərin 55%-ni təşkil etdiyini, təşkilata üzv ölkələrin əsas şəhərləri ilə Bakı arasında birbaşa uçuşların sayının artması və sadələşdirilmiş viza rejiminin mövcud olmasının bu rəqəmlərin daha da artmasına töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Agentlik sədri Azərbaycanda turizm sənayesinin postpandemiya dövründə sürətlə bərpa olunmağa başladığını, artıq ilin ilk 5 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayının keçən illə müqayisədə 118 faiz artdığını qeyd edib.
Fuad Nağıyev Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin məhv edildiyi, dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verib.
O, işğal müddətində İƏT-in və üzv dövlətlərin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq dağıntıları, eləcə də azad edilən torpaqlarda aparılan yenidənqurma və bərpa işlərini müşahidə etmək üçün qonaqları Şuşaya dəvət edib.
Fuad Nağıyev konfransda qəbul ediləcək Bakı Bəyannaməsində turizm təhsili, ölkələrarası təcrübə mübadiləsi və əməkdaşlıq, həmçinin üzv dövlətlərin özəl sektorunun işğaldan azad olunan ərazilərdə sülhquruculuğu və yenidənqurma işlərinə cəlb olunması imkanlarını yüksək qiymətləndirdiyini bildirib.
Təşkilatın Baş katibi Hissein Brahim Taha konfransın yüksək təşkilatçılığı üçün Azərbaycan tərəfinə təşəkkür edərək, İƏT üzvləri arası turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini qeyd edib.
Qeyd edək ki, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən konfransda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
9 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
11 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
11 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
11 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
