Kapital Bank əməkdaşları bayramı Şuşada qeyd etdi!
(®) 26 iyun – Silahlı Qüvvələr Günü Kapital Bank-ın 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşları üçün bank tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfər təşkil edildi. Səfərin məqsədi bayramı günü-gündən dirçələn, Qarabağın tacı olan Şuşada qeyd etmək, igidlərimizin qanı və canı bahasına azad edilən yerləri canlı görmək idi.
Səfərdə birinci və ikinci Qarabağ müharibəsində iştirak edən bank əməkdaşları və qazilər, müharibə zamanı orduya dəstək göstərən Qırmızı Ürəklər fondunun rəhbərliyi və arxa cəbhə qəhrəmanları da vardır. Azad edilən torpaqların bərpa edilməsi, aparılan işlərin sürətli olması, bir sıra beynəlxalq tədbirlərin Şuşada təşkil edilməsi və 30 illik həsrətə son qoyulması hamı kimi Kapital Bank əməkdaşlarında da qürur, sevinc və fərəh hissləri oyadırdı.
120-yə yaxın əməkdaşın qatıldığı səfər zamanı Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət edildi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





