“AgroTrade Supply” yeni layihəsi ilə diqqət mərkəzində - FOTO, VİDEO
ATS Qrup yerli buğda və arpa məhsullarının əlverişli qiymətlərlə tədarükünə başlayıb. Fermerlər öz məhsulları ilə bu məntəqələrə yaxınlaşır, onların iştirakı ilə məhsul çəkilir, keyfiyyəti yoxlanılır, qiyməti razılaşdırılır və məhsulun dəyəri yerində ödənilir. 
 (®) “AgroTrade Supply” (ATS Qrup) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən bir şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir. Bundan başqa ATS Qrup 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur.
ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətli, həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir. Dəyirman həm daxili, həm də yüksək keyfiyyətli Rusiya və Qazaxıstan buğdasından istifadə edir.
Qrupun digər aparıcı müəssisəsi Ağdaş Yem Zavodudur. Zavod ildə 120 min ton müxtəlif heyvan və quş yemləri istehsal edir. Ağdaş qüvvəli yemləri fermalarda məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Yem istehsalını əvəzedilməz komponent olan şrot və bitki yağları ilə təmin etmək üçün ATS Qrupun tərkibində soya və günəbaxan emalı zavodu da istifadəyə verilmişdir. Zavod ildə 35 min ton soya və günəbaxan emal edir. Müəssisənin xammala olan tələbatı əsasən Cənubi Amerika ölkələrindən idxal, qismən isə yerli məhsullar hesabına ödənilir.
Həm yem, həm də bitki yağları fabriklərinin xammal təminatının yaxşılaşdırılması üçün ATS Qrup tərəfindən müqaviləli əkinçilik layihəsi həyata keçirilir. Layihə 2000 hektar sahədə 60-dan artıq kiçik fermer təsərrüfatını əhatə edir. Soya və qarğıdalı əkinləri üçün fermerlər şirkət tərəfindən toxum, gübrə, pestisidlər və texnika ilə əvvəlcədən təmin edilirlər. Göstərilən maddi və aqronomik dəstək əkinçilərin güclənməsi və böyüməsinə kömək edir.
Digər ATS şirkəti olan “Delta Qrup C.O.” MMC ölkənin ən böyük qida sənayesi müəssisələrindən biridir. Burada ildə 5 min ton ekstra sinfə aid mətbəx unu, 12 min ton çörək, 4 min ton makaron, 1000 tondan çox qənnadı məmulatları istehsal edilir və market şəbəkəsinə paylanılır. Müəssisə qiymət siyasətində əhalinin aztəminatlı hissəsinin ehtiyaclarının ödənilməsini prioritet olaraq daim diqqət mərkəzində saxlayır.
Cari taxılçılıq mövsümündə də ATS Qrup fermerlərimizə dəstək layihələrini davam etdirir. Hazırda yerli buğda və arpa məhsullarının əlverişli qiymətlərlə tədarükünə başlanılmışdır. Alış prosesinin sürətli, şəffaf şəkildə həyata keçirilməsi üçün Şəki, Qax, Saatlı, Beyləqan, Qobustan (Mərəzə), Cəlilabad, İsmayıllı, Oğuz, İmişli və Yevlax rayonlarında xüsusi qəbul məntəqələri qurulmuşdur. Məntəqələr ən zəruri laboratoriya avadanlıqları və avtomobil tərəzisi ilə təchiz edilmiş və internet şəbəkəsinə qoşulmuşdur. Fermerlər öz məhsulları ilə bu məntəqələrə yaxınlaşır, onların iştirakı ilə məhsul çəkilir, keyfiyyəti yoxlanılır, qiyməti razılaşdırılır və məhsulun dəyəri yerində ödənilir. Bu sistem taxıl tədarükü prosesinin asanlaşdırılmasına, yüklərin iri şəhərlərdə emal zavodları qarşısında uzun-uzadı növbə gözləməsinin aradan qaldırılmasına yönəlmişdir.
"Əminik ki, “AgroTrade Supply” Qrupunun ölkəmizin aqrar-sənaye sektorunun inkişafına yönəlmiş bu fəaliyyətləri daha da genişlənəcək, daha çox kənd zəhmətkeşləri bizimlə əməkdaşlığa qoşulacaq və investisiya layihələrimizdən faydalanacaqdır",- Şirkətin məlumatında bildirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                           
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 
                     5 saat əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     5 saat əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     5 saat əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 5 saat əvvəl
- 
                     5 saat əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     6 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    "PAŞA Həyat"da yeni təyinat
 
                                    “Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
 
                                Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                

 
                         
                    




 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                             
                             
                             
                            .jpg)



 
                                     
                                     
                                     
                                     
                                    







