“PAŞA Kapital” nizamnamə kapitalından ən yaxşı istifadə edən investisiya şirkətidir
Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkəti 2021-ci ili 7 milyon 753 min manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 16 milyon 791 min manat məbləğində nizamnamə kapitalının 46,2%-i qədərdir.
Ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir.
Belə ki, ötən ildən mənfəətlə çıxmış 9 investisiya şirkəti arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "PAŞA Kapital" olub. Onun əldə etdiyi xalis mənfəət kapitalının 8,2 mislini təşkil edib. Baxmayaraq ki, "PAŞA Kapital" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 10-cudur.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unicapital" tutub. Bu investisiya şirkəti 2021-ci ildə kapitalının 3 misli qədər xalis mənfəət əldə edib. Halbuki, "Unicapital" nizamnamə kapitalının məbləğinə görə, 11 investisiya şirkəti arasında sonuncu yerdə qərarlaşıb.
3-cü yerə isə "CPM-İnvest" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti kapitalının 1,1 misli qədər olub. Bu arada, " CPM-İnvest " nizamnamə kapitalının məbləğinə görə, investisiya şirkətləri arasında 9-cu yerdədir.
№
|
İnvestisiya şirkətinin adı
| Şirkətin ötənilki xalis mənfəətinin /zərərinin nizamnamə kapitalına nisbəti |
1 | PAŞA Kapital | 8,2 dəfə |
2 | Unicapital | 3,0 dəfə |
3 | CPM-Invest | 1,1 dəfə |
4 | Azfinance | 56,1% |
5 | İnvest-AZ | 55,1% |
6 | PSG Kapital | 27,5% |
7 | Xalq Kapital | 27,4% |
8 | BTB Kapital | 12,0% |
9 | ABB-Invest | 7,1% |
10 | Plato Capital and Co. | -12,0% |
11 | MFX-Trading | -43,6% |
12 | Troni | - |
| Orta hesabla | 46,2% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 27 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























