“Apple” yenilənmiş “MacBook Air” noutbukunu təqdim edib - FOTO
Azərbaycanda yeni “MacBook Air” noutbukunun satışına başlanılır - QİYMƏT(®) 6 iyun 2022-ci il tarixində “Apple” şirkəti M2 prosessoru ilə təchiz edilmiş “MacBook Air” noutbukunun təqdimatını keçirib. Yenilənmiş “MacBook Air”in displeyinin diaqonalı 13,6 düymdür.
Cihazın dizaynına dəyişiklik edilməsi nəticəsində yeni məhsulun korpusu əvvəlki modellə müqayisədə 21% daha kiçikdir. Yeni dizayn ən son “MacBook Pro”nu xatırladır.

Yenilənmiş qara rəngli klaviatura korpusun yeni çalarları olan “Midnight” və “Starlight” ilə harmonik ahəng təşkil edir. Bu modelin klassik boz və gümüşü çalarlı versiyaları da mövcuddur.

Yeni məhsulun əsas üstünlüyü M2 prosessorudur. Bu model sələfindən CPU üzrə 18%, GPU üzrə 35% daha güclüdür. Belə güclü prosessor soyutma sistemində sərinkeşsiz keçinməyə imkan verir, səssiz və işin intensivliyindən asılı olmayaraq tamamilə yüksək səviyyəli iş qabiliyyətini təmin edir.
İş qabiliyyəti 100 Gb/saniyə, birgə yaddaş 24 Gb təşkil edir. Ekranın diaqonalı 13,6 düym, “Liquid Retina” ekranın parlaqlıq göstəricisi 500 nitdir. Artıq bu, indiyədək yaradılmış bütün “MacBook Air”lər arasında ən böyük və ən parlaq displeyə malik modeldir. O, 1 milyardadək rəngi dəstəkləyir. Mətnlər son dərəcə dəqiq, foto və videoçarxlar daha parlaq olmaqla yanaşı, həm də yüksək kontrast və dəqiq detallaşma səviyyəsinə malikdir.

“MacBook Air” M2 modelinin 1080р-lik ön kamerası zəif işıqlanma şəraitində belə daha yaxşı çəkiliş keyfiyyətinə malikdir. Noutbuk 2 “Thunderbolt” portuna, qulaqcıqlar üçün cekə və sürətli şarj qabiliyyətinə malik “MagSafe” konnektoruna malikdir. “MagSafe” cəmi 20 dəqiqə ərzində akkumulyatorun 80%-ni şarj etməyə imkan verir. Batareyalar isə 18 saat video izləmək üçün kifayət edir.
Yenilənmş “MacBook Air” artıq iyulun 22-si satışa çıxarılacaq. Bu gün – iyulun 15-dən isə “Apple” brendinin rəsmi reseller mağazalarında erkən sifarişə start verilir:
Yeni “MacBook Air” M2-nin qiyməti 2 999 AZN-dən başlayır.Cihaz artıq iyulun 22-si satışa çıxarılacaq. Bu gün – iyulun 15-dən isə “Apple” brendinin aşağıdakı rəsmi reseller mağazalarında erkən sifarişə start verilir: Alma Store, Baku Electronics, Irshad, Kontakt Home.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 22 saat sonra
-
- 18 saat sonra
-
44 d. əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital-dan fərqli investisiya təcrübəsi – yeni veb “Trading Portal”
-
1 saat əvvəl
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
-
2 saat əvvəl
Reytinq agentliyi neftin qiymətinin daha da düşəcəyini gözləyir - PROQNOZLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Ən çox oxunanlar
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı
Bakı Limanı daha çox yük aşırıb
Avtobus marşrutları müsabiqəyə çıxarılır - SİYAHI
Noyabrın 14-də gözlənilən hava şəraiti
Wolt artıq Şəkidə!












.jpg)






.jpg)



