Avro yenidən 1 dollar həddinə qədər ucuzlaşa bilər
EUR.
Ötən həftə Avropa Mərkəzi Bankının sürpriz faiz artımından sonra avro kəskin bahalaşsa da, daha sonra toparlanan dollar indeksi fonunda EUR/USD cütlüyü yenidən bir qədər ucuzlaşdı. Bu həftənin çərşənbə günü keçiriləcək toplantısı zamanı FED analoji addım atacağı təqdirdə, EUR/USD məzənnəsindəki eniş tendensiyası daha kəskin xaraktert ala bilər. Təhlillərə əsasən, hazırda 1.02$ hədlərində mübadilə olunan cütlük bu səviyyənin altına düşərsə, yenidən 1$ həddinə qədər ucuzlaşa bilər.
GBP.
Proqnozların üstündə açıqlanan biznes aktiviliy indeksi göstəriciləri fonunda ötən həftə stabilliyi ilə diqqət çəkən GBPUSD məzənnəsində də tendensiyanın necə davam edəcəyinə FED-in faiz qərarı ciddi təsir edə bilər. Əgər 1.19$ həddinin altına düşərsə, funt sterlinqin dollar qarşısında 1.17$ hədlərinə qədər ucuzlaşa biləcəyi proqnozlaşdırılır
Bu həftə həmçinin Avrozonada açıqlanacaq inflyasiya rəqəmləri və iqtisadi inkişaf səviyyəsi göstəriciləri, eləcə də Amerikada dərc olunacaq ÜDM-ə dair statistik rəqəmlər invetorların diqqət mərkəzində olacaqdır.
TRY.
Ötən həftə son 2 ilin maksimumlarına yüksələn USD/TRY məzənnəsində “buğa”ların üstünlüyü davam edir. 17.75TL həddinin üzərində möhkəmlənərsə, qiymətin 18.00TL-yə qədər bahalaşması ehtimal olunur.
OIL.
Kovid-19-a artan yoluxma sayı səbəbilə yenidən sərt karantin qaydalarının tətbiq olunacağına dair narahatlıqların neft qiymətlərini təzyiq altında saxlaması ilə yanaşı, Avropada davam edən enerji böhranı fonunda yaşanan gərginliklər isə neft qiymətlərinə dəstək olur. Nəticədə ötən həftə ərzində 102$ və 108$ aralığında üfüqi dalğalanan “Brent” neftində qeyri-müəyyənliklər davam edir. OİLUK-in bir barel üzrə qiyməti 102$-ın altına düşərsə, yenidən 99$-a kimi ucuzlaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qızıl ötən həftənin cümə axşamı son 2 ildə 3-cü dəfə 1680$ həddinə kimi ucuzlaşsa da, yenə də bu həddən dəstək alaraq bahalaşdı. Qiymətli metalın bir unsiya üzrə dəyərinin 1730$-ın üzərində möhkəmlənə bilsə, 1752$-a (56.33$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 20 d. əvvəl
-
51 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ




















