Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Araz Vadisi İqtisadisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal oluna bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Araz Vadisi İqtisadisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal oluna bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına da sahibkarlar tərəfindən maraq çox böyükdür. 

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

O qeyd edib ki, sənaye parkında artıq bir sahibkarlıq subyektinə ("KAMAZ Lizinq Azərbaycan" MMC-yə) rezidentlik statusu verilib:

"Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olmaq üçün 10-dan çox layihəyə baxılır. Sözügedən layihələr dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, dəmir əritmə və dəmir məmulatların, pambıq ipliyin, beton borunun, kirəmit və kərpicin istehsalı, texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı, TIR parkı və ofisin təşkili olunması layihələridir".

Azərbaycan Prezidentinin  2021-ci il 4 oktyabr tarixli fərmanı ilə Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Hazırda Sənaye Parkının 1 hektarında rezidentlərin istifadəsi üçün mobil tipli şəhərcik salınır. Yaxın günlərdə şəhərciyin salınması işləri başa çatdırılacaq.

 

İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© Report

28.07.2022 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar