Azərbaycanda yeni Dövlət Agentlikləri yaradıldı
Azərbaycan yeni Dövlət Agentlikləri yaradılıb.
Marja xəbər verir ki, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eyni zamanda, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətləri Elm və Təhsil Nazirliyinə həvalə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları, habelə digər qurumları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
XXX
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) adlandırılsın.
2. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.
3. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılsın:
3.1. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
3.2. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
4. Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilsin (əlavə edilir).
5. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. üç ay müddətində:
6.1.1. Nazirliyin yeni əsasnaməsinin və strukturunun, habelə bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri ilə yaradılan Agentliklərin əsasnamələrinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.2. bu Fərmanın 1–5-ci hissələri nəzərə alınmaqla, elm və təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.3. Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının balansında olan dövlət əmlakının Nazirliyin balansına verilməsi ilə bağlı tədbirlər görsün;
6.3. bu Fərmanın ¬4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunu və işçilərinin say həddini üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri, ¬4-cü və 5-ci hissələri nəzərə alınmaqla zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Nazirlik:
7.1. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Milli Elmlər Akademiyası:
8.1. bu Fərmanın 2¬-ci, ¬4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2022-ci il
XXX
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının SİYAHISI
1. Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri:
1.1. Fizika İnstitutu;
1.2. Riyaziyyat və Mexanika İnstitutu;
1.3. İdarəetmə Sistemləri İnstitutu;
1.4. Radiasiya Problemləri İnstitutu;
1.5. İnformasiya Texnologiyaları İnstitutu;
1.6. Biofizika İnstitutu
1.7. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;
1.8. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;
1.9. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;
1.10. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;
1.11. Polimer Materialları İnstitutu;
1.12. Geologiya və Geofizika İnstitutu;
1.13. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;
1.14. Təbiət Tarixi Muzeyi;
1.15. Neft və Qaz İnstitutu;
1.16. Botanika İnstitutu;
1.17. Zoologiya İnstitutu;
1.18. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;
1.19. Mikrobiologiya İnstitutu;
1.20. Dendrologiya İnstitutu;
1.21. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;
1.22. Genetik Ehtiyatlar İnstitutu;
1.23. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;
1.24. İqtisadiyyat İnstitutu.
2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
2.1. Təbii Ehtiyatlar İnstitutu;
2.2. Bioresurslar İnstitutu;
2.3. Batabat Astrofizika Rəsədxanası.
3. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
3.1. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;
3.2. Bioresurslar İnstitutu;
3.3. Aqrar Problemlər İnstitutu;
3.4. Nəbatat Bağı.
4. Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri:
4.1. Təcrübə-Sənaye Zavodu;
4.2. “Kibernetika” Elmi İstehsalat Birliyi;
4.3. “Nafta” Elmi İstehsalat Birliyi;
4.4. “Aşqar” Elmi İstehsalat Birliyi;
4.5. “Kompozit” Elmi İstehsalat Birliyi.
5. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
25 d. əvvəl
“10-u qaçırma”: Bank Respublika Visa Wolt kartı ilə McDonald’s-da endirim qazan!
-
48 d. əvvəl
“Əgər blokada daha 2 ay davam edərsə, İranın neft gəlirləri sıfıra düşə bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
- 1 saat əvvəl
-
2 saat əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABŞ-ın texnologiya nəhənglərindən güclü maliyyə nəticələri
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
Ən çox oxunanlar
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)








.jpg)




