Əhali daha çox dollar satır, hərraclarda təklif edilən vəsait tam alınmır - MƏRKƏZİ BANKIN SƏDRİNDƏN AÇIQLAMA
"Xarici sektor göstəricilərinin yaxşılaşması (tədiyyə balansının profisitinin artması) valyuta bazarında təklif kanallarını genişləndirir ki, bu da Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin azalmasına səbəb olur".
Marja xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Taleh Kazimov qeyd edib ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələmişdir:
"İyulun 28-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun qənaəti son 4 ilin maksimumu səviyyəsinə çatmışdır. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələmişdir. İyunda banklar tərəfindən valyutanın xalis alışının məbləği son 7 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil etmişdir".
Taleh Kazımov vurğulayıb ki, Azərbaycanda əhali daha çox valyuta satır, nəinki alır. Bu vəziyyətə ölkə pul köçürmələrinin artımı da təsir edir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















