EMF Microfinance Fund “Bank Respublika”ya növbəti dəfə subordinasiyalı kredit ayırdı
Bankın “EMF Microfinance Fund” Avropa investisiya şirkətindən cəlb etdiyi kreditin ümumi məbləği 8 milyon dollara çatıb.Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Bank bu dəfə, “EMF Microfinance Fund” Avropa investisiya şirkəti ilə Banka növbəti dəfə subordinasiyalı kreditin ayrılması barədə müqavilə imzalayıb.
Anlaşma “Enabling Qapital LTD” şirkətinin vasitəçiliyi ilə həyata keçirilib.
Bununla, Bankın “EMF Microfinance Fund” Avropa investisiya şirkətindən cəlb etdiyi kreditin ümumi məbləği 8 milyon dollara çatıb. Hər iki kredit 8 il müddətinə ayrılıb.
Bu anlaşma, maliyyə institutunun Bank Respublika ilə olan uğurlu əməkdaşlıq təcrübəsindən və uzunmüddətli sabitliyinə olan yüksək inamdan xəbər verir.
İmzalanmış müqavilə çərçivəsində ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















