"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 3 dəfədən çox artıb
"AzRe Təkrarsığorta" ASC 2021-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarını mətbuatda dərc etdirib.
Marja.az xəbər verir ki, "AzRe Təkrarsığorta" 2021-ci ili 10 milyon 487 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 3 milyon 214 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AzRe Təkrarsığorta"nın 2021-ci ildə xalis mənfəəti 2020-ci illə müqayisədə 3,3 dəfə artıb. Artım, hesablanmış sığorta haqlarının artmasından deyil, məcmu zərərlər ehtiyatında azalma (vəsaitin azad olması) və təkrarsığortaya verilmiş təkrarsığorta haqlarının düşməsi hesabınadır.
"AzRe Təkrarsığorta"nın hesabladığı sığorta haqları 2020-ci ildə 96 milyon 757 min manat ikən, 2021-ci ildə 70 milyon 635 min manata düşüb (16 milyon 122 min manat və ya 27% azalıb).
2020-ci ildə 29 milyon 293 min manat artmış məcmu zərərlər ehtiyatı, 2021-ci ildə 24 milyon 707 min manat azalıb.
"AzRe Təkrarsığorta" ASC-nin 2021-ci ildə məcmu sığorta ödənişləri 2020-ci illə müqayisədə 53% artaraq 47 milyon 505 min manata yüksəlib.
31 dekabr 2021-ci il tarixində "AzRe Təkrarsığorta" ASC 127 milyon 3 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 181 milyon 33 min manat cəmi aktivlərə malik idi.
“AzRe Təkrarsığorta” ASC Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir. 50 milyon manat nizamnamə kapitalı olan “AzRe Təkrarsığorta” ASC 6 fiziki şəxsə məxsusdur. Şirkət "Qala Sığorta" şirkətinin 100%, "Qala Həyat Sığorta" şirkətinin 90%, "Azər-Türk Bank" ASC-nin 6,55% hissəsinə sahibdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















