Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi
(®) Dövlət bankı Azər Türk Bankın kart sahibi olan müştəriləri Apple Pay vasitəsilə ödəmələri daha rahat edə biləcəklər. Apple Pay - ticarət, xidmət müəssisələrində, tətbiqlərdə və saytlarda iPhone, Apple Watch, iPad, Mac vasitəsilə edilən sürətli və təhlükəsiz ödəniş üsuludur.
Hər bir əməliyyatın təhlükəsizliyi Apple-in innovativ texnologiyaları ilə təmin olunur.
Apple Pay-dən istifadə etməklə NFC texnologiyasını dəstəkləyən POS-terminallar və ATM-lər vasitəsilə kontaktsız əməliyyatları yerinə yetirmək mümkündür.
Apple Pay-ə necə qoşulmaq olar?
Kart seçin:
atb360 mobil tətbiqində Apple Pay sisteminə əlavə edəcəyiniz kartı seçin.
Apple Pay-ə əlavə edin:
“Apple Wallet-a əlavə etmək” düyməsinə toxunun.
Cihazı seçin:
Apple Pay-i aktivləşdirmək istədiyiniz cihazı seçin.
Təsdiqləyin:
İstifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiqləyin.
Qeyd edək ki, bir Apple cihazında Apple Wallet-ə bir neçə atb kart əlavə edə bilərsiniz. Əsas kart əlavə edilən ilk kart olacaq. Cihazın parametrlərində əsas kartı istənilən vaxt digəri ilə əvəz etmək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















