"Malların nisyə alqı-satqısı ilə bağlı borclar bankların kredit portfelinin keyfiyyətinə mənfi təsir göstərə bilər"
Azərbaycanda malların nisyə satışı ilə məşğul olan təşkilatlarının məlumatların Kredit Bürosuna ötürülməsinin təşviq olunması gələcəkdə məlumat bazasının daha da genişlənməsinə imkan verəcək.
Bu barədə sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Bildirilir ki, “kreditə malların satışı” dedikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq malların nisyə satışı (malların dəyərinin hissə-hissə ödənilməsi) başa düşülməlidir.
“Nisyə alqı-satqısı ilə bağlı borclar barədə məlumatların Azərbaycan Kredit Bürosunun (AKB) məlumat bazasına daxil edilməməsi potensial borcalanların ödəniş qabiliyyətinin düzgün qiymətləndirməsinə çətinlik yarada bilər və son nəticədə bankların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərə bilər.
Ona görə də, Mərkəzi Bank Kredit Bürosu qarşısında məsələni qaldırmış və büro ilə aktiv müzakirələr aparılıb. Bu müzakirələr nəticəsində bir sıra nisyə satışla məşğul olan təşkilatla və Kredit Bürosu arasında müqavilələr imzalanıb və büronun bazasına məlumatların yüklənməsi prosesinə başlanılıb”, - AMB-dən bildirilib.
Qeyd edək ki, son illər ticarət obyektləri aktiv şəkildə kreditə mallarının satışını həyata keçirirlər. Lakin həmin borcalanlar banklara müraciət etdiyi halda ticarət obyektlərinə olan borcları hec bir məlumat bazasında (Kredit Bürosu kimi) əks olunmadığı üçün rahat şəkildə istədiyi məbləğdə kredit ala bilərlər. Bu, gələcəkdə bankların və ya qeyri-bank təşkilatların böyük risk altına ata bilər.
Xatırladaq ki, Azərbaycan Kredit Bürosu ölkənin qabaqcıl 8 bankı tərəfindən 2018-ci ildə təsis edilib və hazırda ərəfdaşlarının sayı 201-ə çatıb. Bunlar 47 bank (21-i ləğv prosesindədir), 61 bank olmayan kredit təşkilatı (BOKT, 5-i ləğv prosesindədir), 35 kredit ittifaqı, 22 sığorta şirkəti (2-si ləğv prosesindədir), 7 lizinq şirkəti, 1 faktorinq şirkəti, 1 kollektor agentliyi, 18 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 3 dövlət qurumudur.
Kredit Bürosu borc alanlar və potensial müştərilərin kredit tarixçəsi, rüsum və cərimələrin ödənişi, girovları, kommunal borcları və s. barədə informasiyaları toplayıb saxlayan və qanunla nəzərdə tutulmuş qaydada maliyyə təşkilatlarına ötürən məlumat bazasıdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















