2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.
Marja xəbər verir ki, “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verib.
Prezident Kasım-Jomart Tokayev: İlham Heydər oğlu, mən istərdim ki, bina tikənlərin ən böyüyü olmasa da, ən böyüklərindən birini – “Bİ” tikinti şirkətinin rəhbəri Aydın Raximbayevi təqdim edim. Məhz o, bizim tapşırığımızla bu çox mühüm layihəni icra edəcək.
Prezident İlham Əliyev: Sağ olun.
Aydın Raximbayev: Hörmətli İlham Heydər oğlu, hörmətli Kasım-Jomart Kemeleviç, icazə verin, layihəni Sizə təqdim edim. Bu layihəni - Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsini təqdim etmək mənim üçün böyük şərəfdir. Layihə bizim Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Bu günə olan vəziyyətə görə, artıq məkan müəyyən edilib, yəni, layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni, uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran, sənət və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və əlbəttə ki, idman – oyun zalları, xoreoqrafiya...
Məlumat verilib ki, 2 hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.
Sonra layihə barədə videoçarx nümayiş etdirilib.
Prezident Kasım-Jomart Tokayev: İlham Heydər oğlu, əgər birdən hansısa iradlar yaranarsa...
Prezident İlham Əliyev: Heç bir irad ola bilməz. Təqdimat özlüyündə göstərir ki, bu, dünya səviyyəli layihədir. Mən, ilk növbədə, Prezident Kasım-Jomart Kemeleviçə bu təşəbbüsə görə minnətdarlıq etmək istərdim. Bu təşəbbüs iki ay bundan əvvəl irəli sürülüb və bu məsələ belə operativ həll edilib. Əlbəttə, bu gün buradakı təqdimata görə şirkətə də təşəkkürümü bildirirəm. Bu gün sizin göstərdiyiniz həqiqətən də uşaqların inkişafı üçün mərkəzdir.
Prezident Kasım-Jomart Tokayev: Söz verdi.
Prezident İlham Əliyev: Bəli.
Prezident Kasım-Jomart Tokayev: Vaxt və keyfiyyət.
Prezident İlham Əliyev: Xüsusən ona görə ki, indi Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz həmin vaxtadək, bu mərkəz hazır olanda, biz Füzulinin ilk sakinlərini oraya köçürməyi planlaşdırırıq.
Aydın Raximbayev: Biz isə uşaqları orada qarşılamağa şad olacağıq.
Prezident İlham Əliyev: Bəli, sağ olun. Əlbəttə ki, ətrafdakı infrastrukturla bağlı bütün məsələləri biz paralel həll edəcəyik.
Prezident Kasım-Jomart Tokayev: Beləliklə, necə deyərlər, irəli.
Prezident İlham Əliyev: Sağ olun.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb


























