Azərbaycanın qocaman sığorta şirkəti kiçilib, zərər ilə işləməkdə davam edib
1992-ci ildən fəaliyyət göstərən “Günay Sığorta” ASC ardıcıl ikinci ildir zərər ilə işləməkdədir. Şirkət 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 197 min 777 manat xalis zərər ilə başa vurub.
Marja.az xəbər verir ki, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında “Günay Sığorta”nın xalis zərəri 2,8 dəfə azalıb. Şirkət ötən ilin ilk 6 ayını 554 min 368 manat xalis zərər ilə bağlamışdı.
2021-ci ildə “Günay Sığorta”nın xalis zərəri 1 milyon manatdan çox olub.
Qeyd edək ki, “Günay Sığorta" balans heabatını dərc etsə də, mənfəət və zərər hesabatını gizlədib. Bu səbəbdən şirkətin yarımillik gəlir və xərcləri barədə ətraflı məlumat təqdim etmək mümkün deyil.
ŞİRKƏT KİÇİLİB
“Günay Sığorta”nın cəmi aktivləri ötən ilin sonunda 16 milyon 354 min manat ikən, 30 İyun 2022-ci il tarixində 15 milyon 53 min manat təşkil edib (1 milyon 301 min manat və ya 8% azalıb).
Qeyd edək ki, 2022-ci ilin birinci yarısında “Günay Sığorta” yeni səhm buraxılışı yolu ilə 1,3 milyon manat cəlb edib. Buraxılmış səhmlər yeni səhmdar "Günay Bank" ASC və mövcud səhmdar Mahmud Məmmədov tərəfindən alınıb.
Həmçinin oxu
Bank “Günay Sığorta”nın səhmdarı olubMüştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 17 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















