Mərkəzi Bank onlayn növbə sistemini istifadəyə verdi
Azərbaycan Respublikasının Mərkəzi Bankında vətəndaş qəbulu xidmətinin daha effektiv təşkili məqsədilə onlayn növbə sistemi yaradılaraq istifadəyə verilib.Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.
Qurumun yaydığı məlumatda bildirilir ki, bu məqsədlə Mərkəzi Bankın Bakı şəhəri Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə yerində baxılması üçün müvafiq xidmət təşkil olunmuş, həmçinin şifahi müraciətlərin davamlı olaraq qəbul edilməsi üçün yaradılmış “966” nömrəli Qaynar xətt fəaliyyət göstərməkdədir.
Eyni zamanda, Mərkəzi Bankın inzibati binasında təşkil olunan qəbul otaqlarında vətəndaşların təyin olunan xidmət personalına birbaşa yönləndirilməsi, sorğuya aidiyyəti üzrə baxılması və tələb olunan məlumatların dərhal təqdim edilməsi kimi xidmətlərin daha effektiv təşkili və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Növbənin İdarəetmə Sistemi yaradılmış və hazırda istifadə olunmaqdadır.
Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması fonunda inzibati binaya yaxınlaşan vətəndaşların qəbulu zamanı növbələrin Növbənin İdarəetmə Sistemi vasitəsilə tənzimlənməsi ilə yanaşı, növbənin Mərkəzi Bankın inzibati binasına gəlmədən müvafiq internet səhifəsi vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Təqdim olunan rəqəmsal xidmətdən faydalanmaq üçün vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.
Onlayn növbənin əldə edilməsi ilə bağlı hər hansı bir sual yarandığı təqdirdə vətəndaşlar Mərkəzi Bankın “966” Qaynar xəttinə müraciət edə bilərlər.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsi gələcəkdə də Mərkəzi Bankın diqqət mərkəzində saxlanılacaqdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 saat əvvəl
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















