Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının Yol Xəritəsi imzalandı
Azərbaycan-Özbəkistan enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Azim Ahmedxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə dövlət başçısının bu ilin iyun ayında Özbəkistana səfəri zamanı energetika sahəsində əməkdaşlıq üzrə əldə edilmiş razılaşmaların və verilən tapşırıqların icrasının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Energetika naziri Pərviz Şahbazov ortaq tarixi-mədəni dəyərlərə malik ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafının əsasının qoyulduğu yeni reallıqlar dövründə enerji əməkdaşlığı üçün geniş imkanların qarşılıqlı dəyələndirilməsinin və birgə tərəfdaşlıqların qurulmasının vacibliyini qeyd edib. Nazir deyib ki, Azərbaycan Prezidentinin Özbəkistana tarixi dövlət səfəri strateji tərəfdaşlığımızın enerji sahəsində dərinləşdirilməsini aktuallaşdırıb. Daşkənd şəhərində hər iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu, bugünkü müzakirələr və energetikada birgə fəaliyyətimizin Yol Xəritəsi nəticəyönümlü tədbirlərin görülməsinə və çoxspektrli enerji əməkdaşlığının inkişafına töhfə verəcək.
Energetika sektorunda ikitərəfli əməkdaşlığın yeni mərhələsində qarşıda mühüm vəzifələrin olduğunu deyən Azim Ahmedxacayev isə bildirib ki, Özbəkistan və Azərbaycan mütəxəssislərinin bərpaolunan enerji, karbohidrogen sektorunda təcrübəsi, ölkələrimizin ənənəvi dostluq münasibətləri və birgə səylər hər iki ölkədə energetika sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edəcəkdir.
Görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. Yol Xəritəsi Birgə İşçi Qrupunun yaradılması, azad edilmiş ərazilərdə əməkdaşlığı, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir. Sənədə əsasən, Azərbaycan və Özbəkistan enerji keçidi və dekarbonizasiya sahələri ilə yanaşı neft-qaz və kimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcəklər. Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur.
Yol Xəritəsi üzrə tədbirlərin 2022-2023-cü illərdə həyata keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















