Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”: “YAXŞI Kİ, DEDİN” İlk veriliş 6 sentyabr saat 18:05-də efirə gedəcək
(®) Marketdən məhsul alarkən onun keyfiyyətli olub-olmadığına necə əmin ola bilərik? Həqiqətən qiymət keyfiyyətlə düz mütənasibdirmi? Yediyimiz qidalar xarici görünüşümüzə nə dərəcədə təsir göstərir? Keyfiyyətsiz məhsulla rastlaşdıqda nə edə bilərsiniz?
Bu və digər maraqlı suallara hər həftənin çərşənbə axşamı saat 18:05-də “ASAN Radio”da yayımlanacaq “Yaxşı ki, dedin” verilişində cavab tapacaqsınız. Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s
İlk verilişin qonağı Veysəloğlu Şirkətlər Qrupunun Biznesə Dəstək direktoru və keyfiyyətə nəzarət sahəsində böyük təcrübəyə malik Anar Cümşüdovdur. Bu günkü verilişin mövzusu aldığımız məhsulların keyfiyyəti haqqındadır. Digər qonaq qida eksperti Fərid Səfərov qida seçimi ilə bağlı rəy və tövsiyələrini bölüşəcək.
“Ləziz məsləhət” rubrikasını isə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Xonça” Şirniyyat Fabrikinin İstehsalat Departamentinin müdiri, beynəlxalq dərəcəli jüri və beynəlxalq dərəcəli usta Rəhman Ələkbərov təqdim edəcək.
Veriliş boyunca keçiriləcək müsabiqələrdə qalib gələn iştirakçı “Araz” supermarketlər şəbəkəsindən hədiyyə kartı qazanacaq.
Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun birgə verilişi cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.
“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Cəmiyyət üçün dəyər yaratmaq, gələcək nəslin daha yaxşı bir dünyada yaşamasına töhfə vermək və insanların sosial rifahını dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.
Veysəloğlu Şirkətlər Qrupu haqqında daha ətraflı: www.veyseloglu.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















