Nyu-Yorkda tanınmış vençur fondu üçün startapları qiymətləndirən Qüdrət Quliyev ilə MÜSAHİBƏ

Startaplara yatırım edən ABŞ-ın "Starta VC" vencur fondunda İnvestisiya mütəxəssisi vəzifəsində çalışan Qüdrət Quliyev ilə müsahibə.
-Qüdrət bəy, ilk öncə özünüz haqqında qısa məlumat verərdiniz.
- Mən Qüdrət Quliyev orta məktəbi Bakıda bitirmişəm. Böyük Britaniyanın paytaxtında “City University of London”da beynəlxalq siyasi iqtisadiyyat üzrə ali təhsil almışam. Məzun olduqdan sonra Bakıya qayıdıb bir sıra dövlət təşkilatlarında və özəl
sektorunda işləmişəm. Daha sonra magistraturada oxumaq üçün Nyu Yorka köcdüm və Fordham Universitetində maliyyə ixtisası üzrə magistr təhsili aldım. Sonra Nyu Yorkda yerləşən vençur fond olan "Starta VC"də İnvestisiya mütəxəssisi kimi işləməyə başladım. Mən bu vençur fondda startapları qiymətləndirir və təhlil edirəm. Əlavə olaraq, əgər startapa yatırım ediriksə, investorlarımızın startaplarla tanış olmaları üçün investisiya memorandumu hazırlayıram. Bundan əlavə, müxtəlif ölkələrdə bizimlə co-investisiya etmək istəyən investor şəbəkəmizi genişləndirmək üzərində işləyirəm.
- Azərbaycan startap ekosistemi haqqında nə düşünürsünüz?
- Mən şəxsən bu istiqamətdə böyük irəliləyiş görürəm. Hazırda ölkəmizdə bir neçə inkubasiya/akselerasiya mərkəzləri var. Bir-iki "startup studio"lar fəaliyyət göstərir. Bildiyiniz kimi bir müddət öncə Mələk İnvestorlar Klubu yaradılıb və yeni vençur kapital fondunun yaradılması planlaşdırılır. Onların hamısı startap ekosistemi üçün vacib komponentlərdir. İnkubasiya və akselerasiya mərkəzləri yeni startapların yaradılmasına və inkişafına kömək edir, mələklər və vençur fondları isə maliyyə kapitalı ilə onların böyümə imkanların artırır. Buna görə də biz bütün istiqamətlərdə davamlı artımı görə bilərik və ümid edirəm ki, yaxın gələcəkdə çox uğurlu startaplar görəcəyik. Bununla belə, İT mütəxəssislərinin çatışmazlığı var və bildiyiniz kimi, İT əksər startapların əsas elementidir. Biz bu ekosistemin qurulmasının başlanğıcındayıq və lazım olan mərhələyə çatana qədər hələ uzun yol var.
- Yerli startaplar xarici bazarlara daxil olmaq üçün nə etməlidirlər?
- Birincisi, həmin bazarda onların məhsuluna ehtiyac olub-olmadığını araşdırmalıdırlar. Əgər bazarın böyük olduğunu və rəqiblər baxımından boş olduğunu görsələr, daxil olmaq üçün mükəmməl vaxtdır. Amma bazarda artıq bəzi rəqiblər varsa, o zaman onlar öz rəqabət üstünlüyünü tapmalıdırlar. Rəqiblərdən onları unikal edəcək bir şey tapmalıdırlar. Bu unikallıq onlara bazar payı əldə etməyə kömək edəcəkmi? Əgər belədirsə, o zaman bunun üçün getməlidirlər. Əlbəttə ki, onların xarici bazarlarda daxil olmaları üçün müəyyən kapital olmalıdır. Yeni bazarlara daxil olmaq asan deyil, lakin düzgün yanaşmanız varsa, bu, çox mümkün bir şeydir.
- Sizcə, hazırkı Dünya iqtisadiyyatı startaplara necə təsir edir?
- Son bir neçə ildə biz startapların əsassız yüksək qiymətləndirilməsini gördük. İndi korreksiya və qiymətləndirmələri normal vəziyyətə gətirmək vaxtıdır. ABŞ startapları 2021-ci ildə vençur sərmayələrində 329,9 milyard dollar cəlb edərək, 2020-ci ildə müəyyən edilmiş 166,6 milyard dollarlıq əvvəlki illik rekordu təxminən iki dəfə artırmışdır. Yeni növ koronavirus pandemiyası dövründə iqtisadi inkişafı təşbiq etmək üçün əlavə pul çap edilmişdi və döviriyyədə artıq pul mövcud idi. Bu vəziyyət startap investisiyalara təsir etdi - bir çox startap çox asanlıqla milyonlarla dollar cəlb edirdi. Beləliklə, startapların əsassız yüksək qiymətləndirilməsinə səbəb oldu. Bu il görürəm ki, kapital cəlb etmək əvvəlki kimi o qədər də asan deyil; buna görə də qiymətləndirmələr aşağı düşür və hər şey normal vəziyyətə gəlir.
- İlkin mərhələdə startaplar üçün əsas uğur amilləri hansılardır?
- Startaplardan danışırıqsa, ilkin mərhələdə uğurun açarı ideya, komanda və icradır. İdeya nə qədər genişlənə biləcəyini və bu ideya üçün bazarın olub olmadığını təhlil etməlisiniz. Bundan əlavə, komandanın əvvəlki təcrübəsi və bacarığı da çox önəmlidir. İcra edilməyən ideyanın heç bir dəyəri yoxdur. Buna görə də, komandaya və onların icrasına arxayın olmalısınız.
- Müsahibəyə görə, təşəkkür edirəm.
- Mən təşəkkür edirəm!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 10 saat əvvəl
-
10 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
10 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
10 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 11 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
