Dövlət və özəl sığorta subyektləri arasında əməkdaşlıq üçün Memorandum imzalandı
Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və “Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.
Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sığorta subyektləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı Memorandumun əsas məqsədlərindəndir.
Sənəddə həmçinin Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və özəl sığorta şirkətləri arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi əks olunub.
Memorandumda qeyd olunan bəndlərin icrası məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təqdimatı əsasında özəl sığorta şirkətlərinin nümayəndələrindən ibarət İşçi Qrup yaradılır.
İşçi Qrupuna tibbi sığorta sahəsində dövlət–özəl sektor əməkdaşlığı, icbari tibbi sığorta ilə əhatə olunan tibbi xidmətlər sahəsində maarifləndirici təlimlərin təşkili, özəl sığorta şirkətlərinin icbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlər üzrə sığorta təkliflərinin verilməsində maraqlarının artırılması ilə bağlı tədbirlərin görülməsi, tamamlayıcı tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, inzibatçılığın tətbiqi zamanı qarşıya çıxan problemlərin araşdırılması və həllinə dair təkliflərin verilməsinin təmini tapşırılıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















