“Ramiz Mehdiyevə həmişə atam kimi baxmışam, işdən sonra onu gəzdirmişəm"
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda Rasim Məmmədovun vəkilləri vəsatət qaldıraraq digər vəkil Elçin Sadıqovun ofisində axtarış aparılan zaman sənədlərin götürüldüyü bildirib, bu səbəbdən prosesin təxirə salınmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Rasim Məmmədov bildirib ki, 2008-ci ildən “Baku Stell Company”-də işləməyə başlayıb. 2011-ci ildə isə 30 milyon manat ödəyərək şirkətin tək sahibi olub: "Əvvəl zavodun 25 faiz payı mənə, 75 faizi əcnəbilərə məxsus idi. 3-4 milyon gəlir həmin adamlar üçün maraqlı deyildi. Dedilər ki, “Balaxanı Oil” yatağına maraqları var, kömək edim, oranı alsınlar. Mən də kömək etdim. Sonradan “Baku Steel”dəki paylarını 30 milyon manata mənə satdılar. “Balaxanı Oil” məsələsinə görə o vaxt Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb, detalları razılaşdırdıq. Əvvəl 300 milyona razılaşdıq, sonra məbləği 350, daha sonra 400, ardınca da 450 milyona qaldırdılar. Hər dəfə qiymət artdığı üçün razılaşmada problemlər yaranıb”.
Bu yerdə prokuror təqsirləndirilən şəxsin ittiham olunduğu epizod üzrə danışmasını istəyib.
Rasim Məmmədov bildirib ki, “Baku Stell Company”-ni alanda pis vəziyyətdə olub: “Mən zavodu alanda o qədər pis vəziyyətdə idi ki, heç kimə lazım deyildi. Mənə heç kim pul ödəməyib, zavodu tək almışam. Deyirlər ki, zavodu talan eləmisən, əksinə mən oranı düzəltmişəm. Əvəz Zeynallı da ancaq mənim pis işlərimi işıqlandırıb. Deyir, türmədə mənə şərait yaradıblar. Hansı şərait? Mən iki ildir ana-atamı görmürəm".
Rasim Məmmədov məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də adını çəkib: "Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm".
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını da cavablandırıb.
Prokuror ilk olaraq Rasim Məmmədovdan nəyə görə aldığı şirkətləri öz adına rəsmiləşdirmədiyini soruşub.
"Bu cür rahat olur", - deyə Rasim Məmmədov cavab verib.
"Nəyə görə pis vəziyyətdə olan zavodu almaq qərarına gəldiniz" sualına isə təqsirləndirilən şəxs "oranın potensialına bələd idim" cavabını verib.
Rasim Məmmədov 13 milyon manat mənimsəmə ilə bağlı epizodu qəbul etməyib:
"Mən kassadan pul götürməmişəm, ümumiyyətlə, "Baku Steel Company" şirkətinin kassası olmayıb. Deyirlər ki, xəyanət etmisən... Kimə xəyanət etmişəm?"
Rasim Məmmədova "Baku Steel Company" şirkətində işləyənlərə qanunsuz göstərişlər verilməsi ilə bağlı dediklərinə dair də sual verilib. O, suala cavab vermək istəməyib.
Proses sentyabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”



















