Bu gün mühüm qərar açıqlanacaq - Dolların daha da bahalaşacağı gözlənilir
Bu gün FED-in uçot dərəcəsini 75 bənd deyil, 100 bənd artıracağı ehtimalının 20% olduğu valyuta bazarlarında, FED-in açıqlamaları ilə dolların daha da güclənəcəyinə dair ümumi fikir formalaşıb.
Valyuta bazarları 2022-ci ilin sonuna kimi ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini 4,25-4,5 faizə qaldıracağı qiymətləndirilir. Marja-nın məlumatına görə, bu o deməkdir ki, FED sentyabr, noyabr və dekabr iclaslarında uçot dərəcəsini ümumilikdə 200 bənd artıracaq. Bir çox iqtisadçı FED-in açıqlamaları ilə dolların daha da güclənəcəyini gözləyir.
100 bənd artım üçün 20 faiz ehtimal var
Dolların 6 valyuta qarşısında performansını izləyən və 110-dan yuxarı olan Dollar indeksi son 20 ilin ən yüksək göstəricisindən uzaqlaşmır. Bu gün FED-dən proqnozun (75 bənd) üzərində - 100 bənd faiz artımı olacağı təqdirdə indeksin 20 ilin zirvəsi olan 110, 786 səviyyəsini keçə biləcəyi qeyd olunur. Rabobank, ING, Goldman Sachs və bir çox qurum FED-in bu gün 75 bənd faiz artıracağını proqnozlaşdırır. Bazarlarda isə 100 bənd artıma 20 faiz ehtimal verilir.
Xüsusilə Avrozona və Böyük Britaniyada enerji böhranının dərinləşməsi avro/dollar məzənnəsi və Avropa valyutaları üçün problem olaraq qalmaqda davam edir. Avro/Dollar məzənnəsi 1 səviyyəsindən aşağı düşüb. İsveç Mərkəzi Bankı 100 bənd sürpriz faiz artırmasına baxmayaraq, kronu avroya qarşı gücləndirə bilmədi.
“Dollar/yen 145-i keçəcək”
Yaponiya Mərkəzi Bankının (BoJ) yumşaq pul siyasətindən əl çəkməsi gözlənilmir. "JP Morgan Tokyo"dan strateq deyir: "Dollar/yen məzənnəsi 145-i keçəcək, lakin sürət FED-in nə qədər aqressiv olmasından asılı olacaq".
"FED uçot dərəcəsini 5%-ə qaldıracaq"
Bundan əlavə, bəzi maliyyə qurumları, o cümlədən "Rabobank"da belə fikirdədirlər ki, mövcud təklif şokları yumşalsa belə, əmək haqqı-qiymət əlaqəsi inflyasiyanı "qidalandıracaq". Banka görə, bu, FED-in 2023-cü ilin birinci rübünə qədər faiz dərəcələrini 5 faizə qədər artırması ilə nəticələnəcək. Bank bildirir ki, FED-in 2024-cü ilə qədər hər hansı faiz endirimi edəcəyi ehtimalı yoxdur.
Almaniyada iflas dalğasından narahatdırlar
Təbii qaz və elektrik enerjisi xərclərinin hətta iflas dalğası gətirəcəyi təxmin edilən Almaniyada istehsalçı inflyasiyası aylıq 7,9 faiz artımla gözləntilərin çox üzərinə çıxaraq proqnozu bir az da pisləşdirib.
Avqust ayı etibarilə Almaniyada enerji inflyasiyası 139 faizdir və tualet kağızı istehsalçısı Hakle kimi enerji istehsalçılar iflas üçün müraciət etməyə başlayıblar. Şirkət rəhbərləri “Elektrik enerjisi və təbii qazın qiymətləri o qədər sürətlə artıb ki, xərclərin artımını istehlakçılara eyni sürətlə əks etdirmək mümkün olmayıb” deyə izah ediblər.
Reuters-in xəbərinə görə, avqust ayından etibarən Hakle kimi iflas müraciətlərində sıçrayış var. IWH İqtisadiyyat İnstitutunun məlumatına görə, avqust ayında 718 alman şirkəti müflis olub ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. İnstitut iflasların sentyabrda 25 faiz, oktyabrda isə 33 faiz artacağını proqnozlaşdırır. Almaniya hökuməti, ölkənin ən böyük enerji idxalçısı olan Uniper-i milliləşdirir və hökumət Finlandiya Fortumunun şirkətdəki payını 8 milyard avroya almağı planlaşdırır. İyun ayında 3,24 milyard avro cari əməliyyatlar kəsiri verən Avro Bölgəsində artan enerji xərcləri səbəbindən 10,1 milyard avro cari kəsir yaranıb.
Qeyd edək ki, FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 15 saat sonra
-
- 14 saat sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
Ən çox oxunanlar

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
