Bankların mobil bankçılıq xidmətləri "gizli müştəri" vasitəsilə qiymətləndiriləcək, reytinq hazırlanacaq
Fiziki şəxslər üçün ən rahat və funksional mobil bankların reytinqi elan ediləcək.Rusiyanın "Markswebb" konsaltinq agentliyi "Mobile Banking Rank Azerbaijan 2022" hesabatını hazırlayacaq.
Marja.az xəbər verir ki, Azərbaycanın 10 bankının mobil bankçılıq xidmətləri, onların rahatlığı araşdırılacaq. Debet kartlarının idarə olunması tədqiqatın diqqət mərkəzində olacaqdır.
Tədqiqat zamanı Access Bank, Bank of Baku, Bank Respublika, Ekspresbank, Kapital Bank, ABB, Rabitəbank, TuranBank,Unibank və YeloBankın mobil tətbiqləri və xidmərləri araşdırılacaq.
Bu banklar üç meyar əsasında seçilib:
- Android platformasında mobil tətbiq
- Google Play-də 50 000-dən çox yükləmə.
- 2022-ci ilin aprelindən bəri son versiya yeniləməsi mövcuddur.
Tətqiqatda istifadəçi təcrübəsi baxımından mobil banklar arasında lider kimdir və lider ən yaxın rəqiblərindən nə ilə fərqlənnir suallarına da cavab axtarılacaq.
Araşdırma zamanı gizli müştəri hər bir banka klassik debet kartı sifariş edəcək və xidmətlərdən istifadə edəcəkdir (ödənişlər, köçürmələr ediləcək, şablonlar yaradılacaq və s.). Sonra hər bir bankın mobil xidmətinin funksionallığı və rahatlığı 800-dən çox meyar əsasında müəyyənləşdiriləcək. Bütün problemlər və xüsusiyyətlər qeyd ediləcək.
Araşdırmanın nəticələri Oktyabr ayında təqdim ediləcək (Mobile Banking Day Baku tədbiri keçiriləcək). Təqdimatda Azərbaycanda mobil bankçılıq bazarının vəziyyəti və tendensiyaları haqqında danışılacaq, fiziki şəxslər üçün ən rahat və funksional mobil bankların reytinqi elan ediləcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 55 d. əvvəl
-
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















