Bank yeni konsepsiyaya malik Əcəmi filialını istifadə verdi
(®) Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank yeni konsepsiyaya uyğun təmir edilən Əcəmi filialını müştərilərin ixtiyarına verib.
Filial Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 80E ünvanında (Əcəmi metro stansiyasının yaxınlığında) yerləşir.
Əcəmi filialı müştərilərə ənənəvi bank xidmətlərini fərqli tərzdə təqdim edəcək. Artıq müştərilər özlərini daha rahat və səmimi mühitdə hiss edəcəklər.
Modern üslubda təmir edilən Əcəmi filialının fərqli cəhətləri ondan ibarətdir ki, filialda olan xidmət masaları və oturacaqlar qeyri-standart, əlvan rəngli və müasir tərzdə olmaqla müştərilərin daha rahat xidmət almalarına imkan yaradır. Filial əməkdaşları da fərqli geyimdə müştərilərə xidmət göstərir. Növbə sistemi üzrə əməkdaşlara yönləndirmə masa nömrələrinə görə deyil, əməkdaşın geyim rənginə uyğun təyin edilir.
Kapital Bank-ın Əcəmi filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 111 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















