“MTK-lar bir provayderlə separat sövdələşmə edirlər”
"Antiinhisar Dövlət Xidməti və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir".“Əksər MTK binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. “Bir bina bir provayderindir” prinsipi ilə işləyirlər”.
Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, provayderlər heç nədən çəkinmirlər:
“Nə qədər inanılmaz olsa da, reallıq odur ki, adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir. MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edirlər. Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır. Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da başqa provayderi buraxmayacaq”.
O. Gündüz qeyd edib ki, bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni şəkildə məhdudlaşdırılır, xidmətin keyfiyyəti üçün stimul formalaşmır:
“MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar. Antiinhisar Dövlət Xidmətinin, RİNN-in və digər aidiyyəti qurumların bundan xəbəri varmı? Əlbəttə, var. Lakin bunun qarşısını almaq üçün heç bir real addımlar müşahidə olunmur. Antiinhisar Dövlət Xidməti və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir. Problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir”.
Osman Gündüzün sözlərinə görə, yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi, aidiyyəti qurum, məsələn, RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir. Antiinhisar Dövlət Xidməti bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 d. əvvəl
-
6 d. əvvəl
“Reuters”: ABŞ kəşfiyyatı İranda hakimiyyətin yaxın müddət ərzində çöküşünü gözləmir
-
-
10 d. əvvəl
"Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq"
- 12 d. əvvəl
- 18 d. əvvəl
-
24 d. əvvəl
Tramp ABŞ-ın İranda qələbəsini elan edib: İlk saatlarda məsələ bitmişdi
-
28 d. əvvəl
Bütün sosial ödənişlər martın 13-də qrafikdən əvvəl yekunlaşdırılacaq
-
33 d. əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 35 milyon manata yaxın vəsait istehlakçılara qaytarılıb
- 42 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur - Birbanklılar üçün daha bir üstünlük
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Əliyev neftin bahalaşmasından danışdı - "Yüksək qiymətlər neft hasil edən ölkələrin də xeyrinə deyil"
"Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq"
"Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır"
Təsərrüfatını böyütmək istəyənlər üçün fürsət!
Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Ən çox oxunanlar
Qlobal bank FED-in faiz endirimlərini təxirə salacağını gözləyir
Azərbaycan neftinin son qiyməti
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
Rəsmi məzənnələr açıqlandı
























