Elektrik və hibrid avtomobillər üçün yumşaq kredit şərtləri - İLKİN ÖDƏNİŞ 10%-DƏN BAŞLAYIR
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunmasına dair görüş keçirilib.
Bildirilib ki, bu sahədə aidiyyəti normativ aktlara dəyişikliklərin edilməsi və Azərbaycan Banklar Assosiasiyası vasitəsi ilə geniş tədbirlər nəzərdə tutulub.
İİTKM-də təşkil olunan müzakirə zamanı qeyd edilib ki, tədbirlərin icrası istiqamətində Azərbaycan Respulbikasının Mərkəzi Bankı tərəfindən “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qaydada müvafiq dəyişikliklər edilərək, elektrik mühərrikli və hibrid avtomobillərə verilən kreditlər üzrə borcalanlar tərəfindən ödənilməli olan ilkin ödənişlərlə bağlı differensial yanaşma tətbiq olunub.
Ekoloji təmiz avtomobillərdən istifadənin stimullaşdırılması məqsədilə mühərrik növündən (elektrik, hibrid, yanacaq) və istehsal ilindən asılı olaraq avtomobillər üzrə yeni requlyativ tələblər müəyyən edilib, habelə qüvvədə olan qaydada avtomobilin qiyməti üzrə limit tələbi ləğv edilib.
İstehsal müddəti 3 ilədək olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 10% (kredit təminata nisbəti max. 90%), 3 ildən yuxarı istehsalı olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 40% (kredit təminata nisbəti max. 60%) müəyyən olunub.
Hibrid mühərrikli avtomobillər üçün isə istehsal müddəti 1 ilədək, 1-3 il və 3 ildən yuxarı olan avtomobillər üçün ilkin ödəniş müvafiq olaraq minimum 20%, 40% və 50% müəyyən edilib.
Yol Xəritəsinə müvafiq olaraq sözügedən yeniliklər həm layihələndirmə mərhələsində, həm də qaydalar qüvvəyə mindikdən sonra Azərbaycan Banklar Assosiasiyası ilə birgə kommersiya bankları ilə müzakirə edilib, onların rəyləri nəzərə alınıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
























