Əhalinin banklardan nağd dollar alışı satışını üstələyir
Mərkəzi Bank nağd xarici valyuta ilə mübadilə əməliyyatları üzrə məlumatları açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) banklar ABŞ dolları valyutası üzrə 1 milyard 329 milyon 126 min dollarlıq nağd alış, 1 milyard 615 milyon 486 min dollarlıq nağd satış əməliyyatları aparıb. Bu o deməkdir ki, əhalinin banklardan ABŞ valyutası üzrə alışı banklara satışını 286 milyon 360 min dollar üstələyib.
2022-ci ilin aprel, may, iyun və avqust aylarında bankların ABŞ dolları valyutası üzrə nağd alış əməliyyatları nağd satış əməliyyatlarını üstələyib. Qısası, həmin aylarda əhali banklara daha çox dollar satıb.
Yanvar, fevral, mart və iyul aylarında isə bankların ABŞ dolları üzrə nağd satış əməliyyatlarının həcmi nağd alış əməliyyatlarının həcmini üstələyib. Yəni, bu aylarda əhali daha çox dollar alıb.
Qeyd edək ki, 2021-ci ildə banklar nağd şəkildə 1 milyard 353 milyon 123 min dollar almış, 2 milyard 95 milyon 909 min dollar satmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)











