Qlobal valyuta ehtiyatları rekord səviyyədə azalıb
Dolların digər ehtiyat (rezerv) valyutaları qarşısında bahalşaması və mərkəzi bankların valyuta satması nəticəsində qlobal valyuta ehtiyatları rekord aşağı həddə düşüb.Qlobal valyuta ehtiyatları bu il 1 trilyon dollar azalıb ki, bu da Bloomberg-in 2003-cü ildə məlumatları hesablamağa başlamasından bəri ən yüksək göstəricidir.
Marja xəbər verir ki, valyuta ehtiyatlarında 7,8% azalmanın bir hissəsi qiymətləndirmə dəyişiklikləri ilə bağlı olub. ABŞ-ın valyutası avro və yen kimi digər ehtiyat valyutalar qarşısında son 20 ilin ən yüksək səviyyəsinə doğru bahalaşdıqca, bu valyutalardan ibarət ehtiyatlar dollar ilə ifadə də dəyəri azalıb. Lakin qlobal ehtiyatların azalmasına xeyli sayda mərkəzi bankın öz valyutalarını qorumaq üçün bazara müdaxilə etmələri əhəmiyyətli təsir göstərib.
Hindistanın valyuta ehtiyatları bu il 96 milyard dollar azalaraq 538 milyard dollara düşüb. Ölkənin mərkəzi bankı maliyyə ilində azalmanın 67 faizinin qiymətləndirmə dəyişiklikləri ilə bağlı olduğunu açıqlayıb. Azalmanın qalan hissəsi valyuta intervensiyalarından yaranıb. Hindistan rupisi bu il dollar qarşısında 9 faiz dəyər itirərək, ötən ay rekord aşağı həddə düşüb.
Yaponiya da sentyabrda yenanı dəstəkləmək üçün təxminən 20 milyard dollar xərcləyib. Bu, Yaponiya Mərkəzi Bankının 1998-ci ildən bəri ilk müdaxiləsi idi. Yaponiyada ehtiyatlardakı azalmanın 19 faizi xarici valyuta satışından qaynaqlanıb.
Çexiyadakı müdaxilələr ölkənin ehtiyatlarını fevral ayı səviyyəsindən 19 faiz aşağı salıb.
Analitiklər bu prosesləri problemlərin başlanğıcı kimi qiymətləndirirlər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 16 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)







