Rusiyanın turizm agentlikləri Türkiyədə otellərdə qiymətlərin artacağını gözləyir
Bazar iştirakçılarının fikrincə, yaxın bir-iki həftə ərzində Türkiyədə otellərdə qiymətlər 1,5-2 dəfə arta bilərUkraynada baş verən son hadisələrlə əlaqədar bir-iki həftə ərzində Türkiyədə otellərdə qiymətlər 1,5-2 dəfə arta bilər.
Marja xəbər verir ki, bunu OnlineTur.ru turizm agentliklərinin milli şəbəkəsinin inkişafı üzrə direktoru İqor Blınov RİA Novosti-yə bildirib.
"Yüksək ehtimalla, Ukrayna infrastrukturuna kütləvi hücumdan sonra Avropada və qonşu ölkələrdə, o cümlədən Türkiyədə qaçqınların sayı artacaq, çünki bu, ən kütləvi və sərfəli variantdır. Yaxın bir-iki həftə ərzində biz Türkiyədə mehmanxanalarda qiymətlərin güclü artımını gözləyirik. Bizim məlumatlara görə, qiymətlər 1,5-2 dəfə arta bilər”, - Blınov bildirib.
"Düşünürük ki, böyük həyəcanın yaşandığı, Türkiyə otellərində və mənzillərində yerlərin az olduğu bu bahar hadisələri təkrarlanacaq (Turoperatorlar otellərdən təsdiq ala bilməmişdilər, çünki mövcud otaqlar tez bir zamanda tükənmişdi- red). Amma Türkiyədə hələlik həyəcan yoxdur , qiymətlər stabildir” deyə əlavə edib.
Eyni zamanda, "Anex Tour" turoperatoru əmindir ki, Türkiyə kurortlarının otel fondu kifayət qədər genişdir və onlar orada yerləşmə ilə bağlı ciddi çətinliklər gözləmirlər.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda oktyabrın 10-da səhər saatlarında Ukraynanın infrastruktur obyektlərinə yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirildiyini bildirib. Putin Krım körpüsündə fövqəladə vəziyyəti mülki infrastrukturun məhv edilməsinə yönəlmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, Kiyev özünü ən iyrənc terror qrupları ilə eyni səviyyəyə qoyub və Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq sadəcə olaraq mümkün deyil.
Bazar ertəsi Ukraynanın paytaktı Kiyev şəhərində partlayışlar olub, həmçinin Xarkov, Odessa, Dnepropetrovsk, Lvov və Lvov vilayətində, İvano-Frankivsk, Ternopil, Xmelnitski, Konotop, Rovna və Poltava vilayətlərinə raket zərbələri endirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
20 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
























