Aksizli məhsulların Azərbaycandan Rusiyaya ixracı asanlaşdı
Rusiya hökumətinin müvafiq qərarı ilə oktyabrın 7-dən “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq.
Məlum olduğu kimi, əvvəllər Azərbaycan-Rusiya sərhədində aksizli malların rəsmiləşdirilməsi üçün xüsusi gömrük postunun olmaması Azərbaycan məhsulları üçün ənənəvi bazarlardan hesab edilən Rusiya Federasiyasına şərab və spirtli içkilərin ixracının genişləndirilməsində çətinliklər yaradır, ixrac olunan məhsulların bahalaşmasına, vaxt itkisinə, rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Marja.az Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunları nəzərə alaraq, aksiz postunun müəyyən edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın aidiyyəti qurumları arasında keçirilən görüşlərdə bu məsələ vaxtaşırı olaraq qaldırılıb, müxtəlif platformalar vasitəsilə prosesin sürətləndirilməsi istiqamətində işlər aparılıb.
"Görülmüş işlərin nəticəsi olaraq, Rusiya hökumətinin müvafiq qərarı ilə oktyabrın 7-dən “Yaraq-Qazmalar” beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq", - Azərbaycan İqtisadiyyat Nazirliyindən bildirilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
- 18 saat əvvəl
Son Xəbərlər

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır
Ən çox oxunanlar

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
