Azərikard 25 yaşını qeyd edir!
(®) Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan Azərikard 25 yaşını qeyd edir. 1997-ci ildə fəaliyyətə başlamış mərkəz hazırda 15 banka prosessinq və ödəniş sahəsində xidmətlər göstərir.
25 illik fəaliyyəti ərzində Azərikard tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi yeni texnologiyalarla sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Mərkəzin ötən il “Apple Pay” və “Google Pay” ödəniş sistemlərinə qoşulması, adıçəkilən xidmətləri bank müştəriləri üçün əlçatan etməsi bunun son nümunələrindəndir.
2021-ci ildə yaradılmış Azərikard Təmassız Texnologiyalar Alyansının (ATTA) köməyi ilə yanacaqdoldurma mərkəzlərində ödənişləri, parkinq və kredit ödənişlərini artıq kart olmadan da həyata keçirmək mümkündür. Bu innovativ həllər ödənişləri asanlaşdıracaq, sürətləndirəcək və ödənişlər zamanı növbələri aradan qaldıracaq.
Şirkət ötən 25 il ərzində biznesin əhatə dairəsini genişləndirib, xidmətlərin və əməliyyatların həcmini dəfələrlə artırıb. Müasir texnologiyaların, ən son innovativ həllərin tətbiqi “Azərikard”ın fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır.
Azərikard şirkətinin Baş direktoru Fərid Quliyev, 25 il ərzində şirkətin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib:
“Fəaliyyətə başladığı ilk gündən Azərikard kart texnologiyaları sahəsində baş verən bütün yeniliklərə aktiv dəstək göstərərək, zamanın nəbzini tutan bir çox layihələrə imza atıb. Eləcə də bazarda mövcud olan maliyyə alətlərinin çeşidinin artırılmasına dəyərli töhfələrini verib. Bu gün transformasiya layihələri ilə yenilənən Azərikard ən yaxşı strateji tərəfdaş olmağı, yeni texnologiyaların tətbiqi, istedadların cəlbi və yetişdirilməsi hesabına ödənişlər sahəsində ən dayanıqlı və təhlükəsiz şirkət kimi tanınmağı hədəfləyir”.
Azərikardın məhsul və xidmətləri barədə məlumatları, https://www.azericard.com/ rəsmi internet səhifəsindən və ya 194 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook və Instagram səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 30 d. əvvəl
-
40 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
46 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı








.png)














