Qarabağ Dirçəliş Fondu maliyyə hesabatlarını və auditin nəticələrini açıqladı - 892 milyon manat ianə
Qarabağ Dirçəliş Fondu 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor PwC Azərbaycan-ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.
Fondun yaydığı məlumatda bildirilir ki, maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.
PwC Azərbaycan tərəfindən MHBS-ə uyğun hazırlanan Qarabağ Dirçəliş Fondunun 2021-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatına rəy verilib.
Rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.
Qeyd olunub ki, Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində ümumilikdə 892 milyon 206 min 306 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9 milyon 198 min 829 AZN maliyyə gəliri əldə edib.
Fond 2021-ci ili 888 milyon 343 min manat xalis mənfəət ilə başa vurub.
20 dekabr 2021-ci il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə PwC Azərbaycan Fondun kənar auditoru kimi təsdiq olunub.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 4.7.12-ci yarımbəndinə əsasən Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Fondun Müşahidə Şurasının əsas vəzifələrindən biridir.
Yuxarıda qeyd olunmuş hesabatlarla fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində tanış olmaq olar.
Azərbaycan dilində: https://qdf.gov.az/assets/files/reports/MHBS-2021.pdf
İngilis dilində: https://qdf.gov.az/assets/files/reports/IFRS-2021.pdf
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)







.jpg)



