“Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - Anar Bədəlov
(®) Xəbər verdiyimiz kimi, dünən Abşeron Tikinti Materialları Mərkəzinin açılışı olub.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində 255 hektarlıq ərazidə yaradılmış mərkəz 1000-dən çox mağazanı əhatə edir.
Bu nəhəng mərkəzin açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır. Yeni açılışı olan mərkəzdə tikinti materiallarının satışı ilə yanaşı inşaat sektorunda lazım olan istehsalat bölmələrinin də yaradılması nəzərdə tutulur.
Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb: “Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal problemlər ölkələrin iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir. Bir tərəfdən əhalinin maddi durumunun yaxşılaşdırılması, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, əlbəttə ki, dövlətin iqtisadi imkanlarına təsir edən amillərdir. Əlbəttə ki, ölkəmizin sosial-iqtisadi inkişafında özəl sektorun çox yüksək payı var və burada kiçik və orta sahibkarların rolunun önəmi vurğulanmalıdır. Uzun illərdir ki, dövlət tərəfindən ölkənin kiçik və orta sahibkarlarına güzəştli kreditlər verilir və bu amil özəl sektorun inkişafında öz sözünü deməkdədir. Buna görə də, sahibkarların öz fəaliyyətlərini genişləndirmək, istehsal və idxal imkanlarını asanlaşdırmaq üçün rahat şərait yaradılmalıdır.
Şirkət rəhbəri qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən özəl sektorun və sahibakarların böyük qismi paytaxt ərazisində yerləşir:
“Bunların başında fəaliyyət bölməsi tikinti sektorudur. Bilirsiniz ki, artıq uzun illərdi ki, tıxac problemi Bakıda əsas problemlərdən birinə çevrilib. Maraqlı fakt ondan ibarətdir ki, tıxac yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bunun ən bariz nümunəsi olaraq Bakının Ziya Bünyadov prospekti (Dərnəgül şossesi) və Baksol yolu deyilən ərazisidir. Bu yerlərdə böyük tikinti bazarı və digər iaşə obyektləri yerləşir. Abşeron dəmiryolu stansiyasıdan bu yerlərə gələn hərəkət edən iri tonnajlı yük avtomobilləri həm piyada, həm də, avtomobillə hərəkət edən insanlar üçün problemlər yaradır. Bilirsiniz ki, bu ərzazidə Böyükşor gölü yerləşir. Bu da, bir baxımdan qeyd edilən bazarlardan çıxan toz, atılan tullantılar ekolojik mühitin korlanmasına da gətirib çıxarır. Bundan əlavə, getdikcə inkişaf edən şəhərimizin görüntüsünə də zərər vurur”.
Anar Bədəlovun sözlərinə görə, bütün bunlar, həmçinin dünya praktikasl nəzərə alınaraq Bakının tıxac proleminə son qoymaq və müştərilərin daha rahat alış-veriş etməsinə şərait yaratmaq üçün 2020-ci ildə Lökbatan qəsəbəsi ərazisində Abşeron Tikinti Materialları Mərkəzi yaradılıb:
“Dövlət dəstəkli layihənin yaranmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətlərini bir yerdə toplamaq, şəhərdəki sıxlığın aradan qaldırılması və böyük müştəri kütləsini bir mərkəzdə cəmləşdirməkdir. Abşeron Tikinti Materilları Mərkəzinin layihəsi 255 ha əraziyə malik ölkənin və Cənubi Qafqazın ən böyük tikinti materialları mərkəzidir. Artıq layihənin 55 ha ərazisi tam hazırlanıb istifadəyə verilib. Burada 21 korpusdan ibarət 2 mərtəbəli tam təmirli, istilik sistemli, sanitar qovşaq, 7/24 mühafizə xidməti və optik internetlə təchiz olunmuş yerlər təqdim edir. Burada 1200-ə yaxın mağaza var. Bundan başqa mərkəzdə müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar və “Açıq ərazi” müştərilərin xidmətinə verilir. Anbarların ümumi sahəsi 60000 kv m2-dir. “Açıq ərazi”nin ümumi sahəsi 210000 kv m2-dir”.
6 ay icarə haqqı alınmayacaq
Şirkət rəhbəri, həmçinin xüsusi ilə vurğulayıb ki, bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunacaq:
“Bundan əlavə bildiyiniz kimi, yanvar- fevral ayı tikinti sektorunda durğunluğ dönəmidir. Mərkəz olaraq bunu nəzərə alıb, bazarda fəaliyyət göstərən sahibkarlar üçün icarə haqları 50%-ə qədər güzəşt olunacaq. Müştərilərin rahatlığını təmin etmək məqsədilə isə gələcəkdə avtodayanacaq, otel, bank şöbələri, gömrük sistemi, kafe-restoran və digər iaşə obyektlərinin inşası da planlaşdırılır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu

















