Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 03 iyun tarixli 718 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) informasiya sistemləri və resurslarının “Hökumət buludu”na miqrasiyası nəzərdə tutulur.
QSC-nin yaydığı məlumatda bildirilir ki, bu keçid prosesi ilə bağlı 2022-ci il 11 noyabr saat 19:00-dan 14 noyabr saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaqdır. Qeyd olunan tarixlər üçün öncədən alınmış onlayn biletlər qüvvədə qalacaq və sərnişinlər həmin biletlə səyahət edə biləcəklər.
Sözügedən tarixlərdə biletlərin satışı yalnız dəmir yolu stansiyalarının bilet satışı kassalarında həyata keçiriləcəkdir. Kassalarda biletlərə dair ödənişin nağd, eyni zamanda nağdsız qaydada aparılması mümkündür.
Onlayn şəkildə alınmış biletlərin həmin tarixlərdə geri qaytarılması yalnız bilet satışı kassalarında (Bakı sərnişin, Biləcəri, Yevlax, Goran, Gəncə stansiyalarında) həyata keçirilə bilər. Biletlərin geri qaytarılması ilə əlaqədar biletlə bağlı ödənilmiş məbləğ onlayn bilet satışı bərpa olunduqdan sonra müəyyən olunmuş müddət ərzində sərnişinin ödənişi həyata keçirdiyi bank hesabına köçürüləcəkdir.
Bu müddət ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara bilet satışında hər hansı məhdudiyyət olmayacaqdır.
ADY-nin informasiya resurslarının təkmilləşdirilməsi ilə əlaqədar ADY-nin “1822-Əlaqə Mərkəzi”nin işində də fasilələrin yaranması ehtimal edilir. Bu baxımdan sərnişinlər və dəmir yolu nəqliyyatından istifadə etmək istəyən şəxslər sualları və çətinlikləri ilə bağlı (012) 499 45 15 telefon nömrəsinə zəng edə bilərlər.
Qeyd edək ki, informasiya resurslarının və ehtiyatlarının “Hökumət buludu”na keçidi ilə informasiya texnologiyaları sahəsində xərclərin azalmasına, məhsuldarlığının artırılması ilə bərabər bu sistemlərin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı infrastrukturun formalaşdırılmasına, operativ koordinasiya və daimi monitorinqin təşkilinə nail olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















