Azərbaycanın iri özəl bankı qlobal bankda müxbir hesabı açdı
Kiçik və orta sahibkarlığın və mikro biznesin ölkə xaricinə köçürmələri, ödənişləri daha da asanlaşacaq.Unibank KB Bank of New York Mellon-da müxbir hesabı açıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu, “Unibank”ın beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməsinə, eyni zamanda beynəlxalq pulköçürmə xidmətlərinin təşviqinə xidmət edəcək.
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov bu müqaviləni yüksək qiymətləndirib:
“Bu əməkdaşlıq “Unibank”ın xarici maliyyə inistitutları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addımlardan biridir. Bankımız qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək, müştərilərimiz üçün çox əhəmiyyətli olan bu əməkdaşlığın əldə olunmasına nail oldu. Bu müqavilə həm də Banka olan yüksək etimadın göstəricisidir. Xidmətləri beynəlxalq arenada genişləndirməyimiz müştərilərimizin, eyni zamanda kiçik və orta sahibkarlığın və mikro biznesin ölkə xaricinə köçürmələrini, ödənişlərini daha da asanlaşdıracaq”.
Qeyd edilib ki, Amerika bankında birbaşa müxbir hesab Unibank müştərilərinə transsərhəd ödənişlər üçün ABŞ dolları ilə daha çevik və səmərəli hesablaşmalar aparmağa və komissiya xərclərini azaltmağa imkan verəcək.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1,5 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







