Bank of Baku-dan dünya çempionatına özəl lotereya!
(®) Hər zaman müştərilərini sevindirməyə çalışan Bank of Baku bu dəfə futbol azərkeşlərinin ürəyindən xəbər verəcək lotereya kampaniyasına start verir.
Qətərdə baş tutacaq futbol üzrə 2022-ci il dünya çempionatına özəl olaraq keçirilən lotereyada bütün DostBank istifadəçiləri iştirak edə bilər. DostBank-da minimum 10 AZN ödəniş edərək lotereyada qalib olan şəxsləri aşağıdakı hədiyyələr gözləyir:
1. Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkəyə 2 nəfərlik səyahət paketi (aviabilet, mehmanxana,transfer,səhər yeməyi, viza dəstəyi);
2. 2022 AZN pul mükafatı;
3. 5 ədəd - Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkənin futbol komandasının rəsmi uniforması;
4. 10 ədəd - Futbol üzrə 2022-ci il dünya çempionatının futbol topu.
Bank of Baku-nun Dostbank mobil tətbiqində edilən hər 10 AZN-lik uğurlu ödəniş, lotereyada 1 iştirak şansı verir.
Müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 11 AZN, 15 AZN, 8 AZN-lik ödənişlər edibsə, ödənişlər toplanır - 11+15+8=34. Deməli, müştəri lotereyada 3 iştirak şansı əldə edir. Ümumilikdə hər 10 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara daxildir:
-Mobil operator ödənişləri;
-Kommunal ödənişlər;
-TV və internet provayder ödənişləri;
-Büdcə ödənişləri;
-Stasionar telefon ödənişləri.
Dostbank mobil tətbiqində edilən hər 50 AZN-lik uğurlu ödəniş də lotereyada 1 iştirak şansı qazandıracaq.
Bu zaman da müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 51 AZN, 55 AZN, 100 AZN dəyərində kredit ödənişi edibsə, ödənişlər toplanır - 51+56+100=207. Bununla da müştəri lotereyada 4 iştirak şansı qazanır. Toplamda hər 50 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara isə aşağıdakılar daxildir:
-Bank of Baku üzrə kredit ödənişləri;
-İpoteka və kredit zəmanət fonduna məxsus kredit ödənişləri;
-Baku Electronics və Bank olmayan kredit təşkilatları TCF və Embafinans-a məxsus kredit ödənişləri.
Qeyd edək ki, lotereyada yalnız DostBank-da ödəniş edən Bank of Baku müştəriləri iştirak edə bilər. Bir müştəri lotereyada yalnız bir dəfə qalib ola bilər və Bank of Baku-nun əməkdaşları lotereyada iştirak hüququna sahib deyil.
Lotereya 20.11.2022 - 20.12.2022-ci il tarixlərini əhatə edir. Qaliblərin seçimi 25 dekabr 2022-cü il tarixində birdəfəlik tirajla həyata keçiriləcək.
Bank of Baku-nun təşkil etdiyi lotereyada hədiyyə qazanmaq şansı əldə etmək istəyən şəxslər, bankın məhsullarından faydalanaraq bankın müştərisinə çevrilə və DostBank-dan qeydiyyatdan keçib ödəniş edərək lotereyada iştirak edə bilərlər.
Lotoreya haqqında ətraflı məlumatı buradan - bit.ly/3TJZepH əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 13 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb






.jpg)



.jpg)



.jpg)







