"Sosial mənzil" qaydaları gənc alimlərin ümidlərinin üstündən xətt çəkib"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi məsələsinə dair yeni açıqlama verib.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, AMEA ilə "Evrostroy-S" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi nəzərdə tutulub:
"Həmin müqavilə ilə əlaqədar ilk mərhələdə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına mənzil verilib. Növbəti mərhələdə binadakı qalan mənzillərin yataqxana qeydiyyatında olan, amma müəyyən səbəbdən orada yaşamayan, mənzilə ehtiyacı olan elmlər və fəlsəfə doktorlarına verilməsi gözlənilir. Lakin bu alimlərin sayı hələ tam dəqiqləşdirilməyib".
O qeyd edib ki, məsələ ondadır ki, sözügedən yataqxanaya keçmişdə və yaxud yaxın keçmişdə müxtəlif yollarla qeydiyyata düşən, orada yaşayan və yaşamayan, ancaq AMEA ilə heç bir əlaqəsi olmayan, onun funksiyalarının yerinə yetirilməsində xidmət göstərməyən, hətta kənar təşkilatlarda işləyən, öz adlarına mənzil(lər)i olan çoxsaylı aidiyyəti olmayan şəxslər var ki, onlar bu imkandan yararlanmaq üçün ağlasığmaz "fədakarlıq" göstərir, qətiyyətlə mənzil tələb edirlər:
"Amma bu da faktdır ki, Akademiyada mənzilə ən böyük ehtiyacı olan məhz gənc alimlərdir. Təcrübə göstərir ki, neçə istedadlı gənc alim, gələcəyi perspektivli mütəxəssis məhz sosial problemlərin ucbatından elmdən uzaqlaşır, faəliyyət sahələrini dəyişir, ən yaxşı halda elmlə bərabər, digər sferalarda fəaliyyət göstərirlər. Bəzən gənc alimlərin yataqxana qeydiyyatında olmadığını deyənlər də tapılır. Ancaq sual oluna bilər: yataqxana otaqlarının hələ o vaxtdan oranın yaşlı sakinləri tərəfindən (bəzilərinin indi heç AMEA ilə əlaqəsi belə yoxdur) qeyri-qanuni özəlləşdirildiyi bir halda, həmin yataqxanada gənc alimlər qeydiyyata necə düşə bilərdi? Həm də AMEA-ya 2000-ci ildən bəri qəbul olunan aspirantların müvəqqəti qeydiyyata düşmək üçün Akademiyanın o vaxtkı rəhbərliyinə etdiyi müraciətləri heç vaxt müsbət həll olunmurdu. Cavabları da "yataqxanada boş otaq yoxdur, sizi qeydiyata ala bilmərik", - idi. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin aztəminatlı təbəqəsinin mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan sosial evlər də gənc alimlər üçün əlçatan deyil".
F.Salmanov həmçinin vurğulayıb ki, təəssüf ki, dövlətimizin yaratdığı bu imkandan yararlanmaq üçün Asan Xidmət Mərkəzinə müraciətlər edən gənc elm adamlarına, oradan güzəştli qrupa düşməmələri bildirilib:
"Çünki gənc alimlər üçün "Güzəştli mənzil" əldə etmək qaydalarında yaş həddi 35-dir və nəzərə alaq ki, Akademiya İnstitutlarında fəaliyyət göstərən gənc fəlsəfə doktorlarının yaşı bu limiti keçib, deməli onların ipoteka kreditləri kimi "sosial mənzil" qaydaları ilə də nə vaxtsa mənzil sahibi olmaq ümidlərinin üstündən artıq xətt çəkilib".
© Trend
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 saat sonra
-
- 1 saat sonra
-
4 d. əvvəl
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
- 15 d. əvvəl
- 24 d. əvvəl
- 39 d. əvvəl
-
15 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
İrşad-da 15 noyabrda "Yaşıl Cümə" başlayır!
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir










.jpg)








.jpg)

