Azərbaycana Avropanın 10-dan çox ölkəsindən qaz tədarükü üçün müraciətlər edilib
"Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra biz ondan çox Avropa ölkəsindən sifarişlər almışıq (təbii qaz ilə bağlı - red)".
Marja.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Prezident "Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur. Hazırda biz bütün bu sifarişləri qiymətləndiririk",- deyərək çıxışına belə davam edib.
"İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur. Ona görə də hesab edirəm ki, dərhal kommersiya məsələləri üzrə danışıqlara başlamaq lazımdır, xüsusən də artıq Azərbaycan qazını qəbul edən ölkələrlə. Çünki bunun üçün boru kəmərləri və müvafiq hüquqi baza artıq mövcuddur. Eyni zamanda, biz ixracın coğrafiyasını genişləndirməyi planlaşdırırıq. Biz interkonnektorların tikintisi ilə bağlı Avropadan daxil olan təşəbbüsləri tam surətdə dəstəkləyirik. Belə interkonnektorlardan birinin açılış mərasimi keçən ay mənim də iştirakımla Sofiyada keçirilmişdir. Söhbət Yunanıstan-Bolqarıstan İnterkonnektorundan gedir".
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























