Goldman: Çin gözləniləndən daha tez sərt karantin tədbirlərindən əl çəkəcək
Çindəki sərt karantin tədbirləri ilə bağlı etirazlar qlobal bazarların gündəmindədir. Sözügedən tədbirlərin iqtisadi təsirləri gündəmdə qalmaqdadır. Bu təsirlərə toxunan qlobal investisiya bankı Goldman Sachs, ölkədə etirazlara səbəb olan sərt karantin rejimi tədbirlərinin gözləniləndən daha tez sona çatdırılacağını proqnozlaşdırır.
Marja.az xəbər verir ki, Goldman Sachs, Çinin aprel ayından əvvəl "sıfır Kovid" siyasətini sona çatdıracağını gözləyir.
Goldman Sachs-ın Çin üzrə iqtisadçısı Hui Şan bildirib ki, Çin iqtisadiyyatının 2023-cü ilin ikinci rübündə yenidən açılacağına dair 30% ehtimal proqnozlaşdırırlar.
"Çin mərkəzi hökuməti daha çox karantin və ya daha çox yoluxma faktı arasında seçim etməli ola bilər", - iqtisadçı deyib.
Commerzbank da Çinin sıfır Kovid siyasətinə artan narazılığa toxunub. Commerzbank iqtisadçıları etirazlara işarə edərək, "Mövcud vəziyyət Çinin sərt karantin siyasətini saxlamaqda üzləşə biləcəyi çətinlikləri göstərir".
Çində Kovid-19 məhdudiyyətlərinin iqtisadiyyata təsiri çoxlu əhalisi olan şəhərlərdə, xüsusən də ölkənin ən böyük şəhəri Şanxayda və mühüm sənaye müəssisələrinin olduğu şəhərlərdə açıq şəkildə hiss olunur.
Çin iqtisadiyyatı 2022-ci ilin ilk üç rübündə 3 faiz artsa da, Kovid-19-a yoluxanların artması və xarici şərtlərin pisləşməsi səbəbindən hökumətin bu il üçün 5,5% artım hədəfinə nail olub-olmayacağı bəlli deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























