Azərbaycanın ilk vençur kapital fondu - “PAŞA HOLDİNQ” VƏ SAHİBKARLAR 6,3 MİLYON MANAT AYIRIBLAR
“Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Caucasus Ventures” vençur fondu yaradılıb.
Bununla əlaqədar keçirilmiş təqdimat mərasimində dövlət və özəl sektoru təmsil edən tanınmış şirkətlərin təmsilçiləri, investorlar, inkubasiya və akselerasiya mərkəzlərinin məsul əməkdaşları, xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Fondun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırmaqdır.
Fond Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startaplar və investorların diqqətini yerli bazara cəlb edəcək. Vençur fondu innovasiya ekosistemində maliyyə axınını təmin etməklə startapların inkişafına önəmli töhfə verəcək.
Qeyd edək ki, sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “PAŞA Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.
“Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən əməkdaşlıqla bağlı bildirib: “Bu gün ölkəmizin innovasiya ekosisteminin gələcəyinə hesablanmış əməkdaşlığın bünövrəsini qoyduq. “Caucasus Ventures” innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq”.
“PAŞA Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov fikirlərini bölüşüb: “Ümid edirəm ki, bu gün qurduğumuz ilk Vençur Kapital Fondu davamlı olacaq və gələcəkdə ölkədə bu cür fondların sayı dəfələrlə çox olacaq. Bu yolda ilk vençur kapitalın uğurlu olması çox vacibdir və “PAŞA Holdinq” öz tərəfindən fondun uğurlu olması üçün lazımi dəstəyi əsirgəməyəcək”.
“Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim qeyd edib: “Startap ekosisteminin mühüm alətlərindən olan vençur maliyyəşməsinin institutlaşması və bunun mövcud qanunvericiliklə bərqərar olması ölkədəki investisiya mühitinin kifayət qədər ciddi layihələrə hazır olduğunu göstərir. Çox şadam ki, bu imkanları sadəcə ölkədəki startaplar üçün deyil, həm də regional startaplar üçün açıq elan etmişik”.
Fondun təsis olunmasına dəstək göstərən fərdi sahibkarlardan Fərid Musayev bildirib: “İnnovativ sektora yatırım imkanları ölkədəki investorlar üçün yeni bir anlayışdır. Düşünürəm ki, vençur fond kimi maliyyə alətlərinin bazara daxil olması bu sahəyə marağı daha da artıracaq. Bu da öz növbəsində əsasən yerli startapların maliyyələşmə cəhətdən fürsətlərinin artırılmasına səbəb olacaq”.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
38 d. əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 44 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
53 d. əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
57 d. əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
1 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb


















