"Azərbaycan yataqların istismarını dayandırmaqla Qarabağdakı qeyri-qanuni rejimin iqtisadi əsaslarını sarsıtmaq istəyir"
"Azərbaycan, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki yataqların istismarını dayandırmaqla Qarabağdakı qeyri-qanuni rejimin iqtisadi əsaslarını sarsıtmaq istəyir".
Marja.az xəbər verir ki, bunu Azərbaycan milli iqtisadiyyatının problemləri ilə bağlı tədqiqatlar aparan iqtisadçı Qalib Toğrul bildirib.
İqtisadçı qeyd edib ki, keçmiş Ağdərə rayonunda yerləşən Qızılbulaq və Dəmirli qiymətli metal yataqları bir-birindən 15 km məsafədə yerləşir. 44 günlük müharibədən sonra bu yataqlar ermənilərin nəzarət etdiyi ərazilərdə qalsa da, mədənlərin nasos stansiyalarının yerləşdiyi ərazi Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdi. O zaman bir müddət yataqların istismarına fasilə verilmişdi. Belə görünür ki, ermənilər yataqların istismarı üçün yeni nasos stansiyaları tikib. Bu, çox böyük vəsait tələb edən tikinti sayılırdı.
"Azərbaycan ekoloqları Dekabrın 3-də keçmiş Ağdərə rayonunun Gülyataq, Canyataq və Aşağı Orataq kəndlərində yerləşən Qızılbulaq yataqlarını monitorinq etməyi planlaşdırırdı. Bu yataqlar ermənilər tərəfindən 2000-ci illərin əvvəllərindən istismar olunur. Mis-qızıl və mis-molibdenlə zəngin olan yataqları “Base Metals” (“Vallex Group”a məxsusdur) şirkəti istismar edir. Qondarma "Artsax"ın büdcəsinin gəlirlərinin 40 faizə yaxını bu iri vergi ödəyicisi tərəfindən təmin olunur. Vergi ödəyicilərinin siyahısında birinci olan “Base Metals” şirkəti ikinci yerdə olan şirkətdən 4-5 dəfə artıq vergi ödəyir. Və yaxud başqa bir müqayisə: “Base Metals”ın ödədiyi vergi məbləği 2-15-ci yerləri tutan vergi ödəyicilərinin bir yerdə ödədiklərindən çoxdur. Bu, 2021-ci ilin statistikasıdır. Məhz bu səbəbdən erməni iqtisadçılar “Base Metals”ı qondarma "Artsax" iqtisadiyyatının lokomotivi adlandırırlar. Azərbaycan yataqların istismarını dayandırmaqla Qarabağdakı qeyri-qanuni rejimin iqtisadi əsaslarını sarsıtmaq istəyir."- Qalib Toğrul bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























