2023-cü ildən vergi qaydaları dəyişir - PEŞƏKAR AUDİTOR FİKİRLƏRİNİ BİLDİRDİ
“Artıq Azərbaycanda vergi mədəniyyətinin yüksəlməsi hiss olunur. Vergi dəyişikliklərində sanksiyalaşdırma siyasəti əvəzinə stimullaşdırıcı tədbirlərin müşahidə edilməsi sevindiricidir”.
Marja xəbər verir ki, bu sözləri Auditorlar Palatasının sərbəst auditoru Rəna Qəfərova Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə fikir bildirərkən deyib.
O, qeyd edib ki, Azərbaycanda Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə sahibkarlara yaradılan biznes və investisiya şəraitinin ildən-ilə daha da inkişaf etdirilməsi, sosial xarakterli güzəştlər, həmçinin istehsalatçılar üçün əsas vəsaitlərin ölkəyə idxalında və ƏDV-dən azad olunması nəzərdə tutulmuşdur.
R.Qəfərovanın sözlərinə görə, bunlarının hamısı Azərbaycanda sahibkarların uçotlarının daha şəffaf aparılmasına bir təşviqdir. Sahibkarlarla bağlı maraqlı məqam odur ki, 2023-cü ildən vergi qaydaları dəyişir.
“Vergi Məcəlləsinin 35-ci maddəsinə, eləcə də, digər əlaqəli maddələrdə nəzərdə tutulmuş dəyişikliyə əsasən 2023-cü ildən vergi ödəyiciləri tərəfindən şəhadətnamə-dublikatın alınması tələbi ləğv edilir. Yeni qaydalara görə, gələn ildən etibarən Vergi ödəyiciləri (şirkət və sahibkarlar) birbaşa banka müraciət edərək hesab aça biləcəklər. Hesab açıldıqdan sonra bu barədə banklar vergi orqanını məlumatlandıracaqlar. Digər maraqlı məqam ondan ibarətdir ki, növbəti ildən vergi ödəyicisinin vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə və ya aidiyyəti fondlara borcu olduğu halda bank hesabının açılması mümkün olacaq, hansı ki, mövcud qanunvericiliyə əsasən bu mümkün deyildi”.
Həmçinin sərbəst auditor əlavə edib ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirlərin 10 illik vergidən azad edilməsi nəzərdə tutulub.
“Hətta, dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarları da 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur və bu da bizim Qarabağ ərazisinə daha çox ivestisiyanın cəlb olunmasına gətirib çıxaracaqdır. Bu böyük dəstək, böyük təşviqdir. Vergi ödəyiciləri öz apardıqları uçotun şəffaşlaşdırılamsına ciddi nəzarət etməli və vergilərini vaxtında ödəməlidirlər. Çünki maliyyə sanksiyaları ilə üzləşə bilərlər. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir”.
Mütəxəssis qanun məcəlləsində olan dəyişikliyi xatırladaraq bunları vurğulayıb:
“Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit - red). Bu Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. İnzibati xətalar məcəlləsinin 464-cü maddəsinə əsasən də auditor xidməti haqqında "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir”.
Sonda R.Qəfərova sahibkarların kənar auditlə əməkdaşlıq etmələrini tövsiyə edib:
“Baxmayaraq ki, burada maliyyə sanksiyasında cərimələr azdır. Bu yoxlamanı məcburi kənar auditin aparılmasına dair sanksiyalar az olduğu üçün sahibarkarlar təkcə cərimənin ödənilməsini seçirlər. Ona görə də, əksər şirkətlər kənar auditin yoxlanmasını aparmırlar. Kənar auditin daxildə aparılan uçota heç bir marağı olmadığı üçün, sahibkar uçotunun şəffaflığını təmin etmək, risklər ilə üzləşməmək üçün kənar auditə maraq göstərməlidir. Vergi ödəyiciləri gələcəkdə maliyyə sanksiyaları və digər ödənişlər ödəməməsi üçün kənar auditdən istifadə etməlidirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
1 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Ən çox oxunanlar
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır




















