Dünyanın ən varlı ailələrinin reytinqi tərtib edilib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın ailəsi dünyanın ən varlı ailəsidir.
“The Times” qəzetində dərc olunan məlumata görə, Nəhyanlar ailəsinə məxsus sərvətin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, həmçinin müxtəlif kompaniyalara və daşınmaz əmlak bazarlarına qoyduğu sərmayə də daxil olmaqla, uğurlu investisiya siyasəti təşkil edir. “Bloomberg” agentliyinin məlumatına görə, ailənin varidatı təxminən 300 milyard dollar həcmində qiymətləndirilir.
Əbu-Dabidən olan ailə maliyyə məsələlərindən robot texnikasına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən, 27 mindən çox işçisi olan “Royal Group” kompaniyasının sahibidir. Al Nəhyanlar İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” kompaniyasında və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.
“The Times” qəzetinin tərtib etdiyi reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar həcmində qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb.
İlk beşliyə, həmçinin eyniadlı qənnadi kompaniyasının təsisçiləri olan Mars ailəsi (160 milyard dollar), “Koch Industries” sənaye konqlomeratını idarə edən Koc ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) daxil olub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
42 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
43 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 51 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























