Rusiya tavan qiymətə qarşı cavabını yaxın günlərdə elan edəcək
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Qərbin neft qiymətlərinə tavan tətbiqindən sonra Rusiyanın cavabı yaxın günlərdə prezidentin fərmanı ilə yekunlaşacaq.
"Xatırlatmaq istəyirəm ki, Bişkekdə prezident müzakirənin müvafiq fərmanla bağlı olacağını söylədi və prezident də dedi ki, hələ müzakirə olunan bəzi məqamlar var. Yaxın günlərdə bu müzakirə yekunlaşacaq və artıq prezident fərmanı ilə rəsmiləşəcək”, - Peskov bildirib.
Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb. G7 ölkələri, Avstraliya və Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftinin bir barel üçün 60 dollar qiymət limiti tətbiq edib. Həmçinin, Qərb ölkələri öz şirkətlərinə razılaşdırılmış qiymətdən (maksimum 60 dollar) yüksək qiymətlərə Rusiyadan neft daşıyan tankerlərə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməsini qadağan edib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətləri ilə bağlı tavanı qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir, Rusiya yalnız bazar şərtləri ilə işləyəcək alıcılar ilə işləməyə hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 44 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























