478 hərbi qulluqçunun mənzil ilə təmin olunması barədə qərarlar qəbul edildi
Daha 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2 min 302 nəfərə çatıb.Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəratinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Ötən müddət ərzində Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunub.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında hazırda mənzil növbəsində olan 478 nəfər hərbi qulluqçunun Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunması barədə qərarlar qəbul edilib. Qeyd olunub ki, onlardan 20 nəfəri şəhid olmuş hərbi qulluqçuların ailələridir.
Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının həyata keçirilməsi sayəsində bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 min 686 nəfər hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillərlə təmin olunub.
İclasda, həmçinin, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və beləliklə, mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2 min 302 nəfərə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
38 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
42 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib














.jpg)



