VTB Azərbaycan pianoçu Riad Məmmədovun solo konsertinə dəstək verəcək
(®) VTB (Azərbaycan) dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində pianoçu Riad Məmmədovun solo konsertinin maliyyə tərəfdaşı qismində çıxış edib. Tədbir Azərbaycanda Rusiya xalqlarının mədəni irsi ili çərçivəsində Bakıdakı Rus Evi tərəfindən təşkil olunub.
Konsertdə Pyotr Çaykovskinin, Frederik Şopenin əsərləri, İohan Sebastyan Baxın “Partita” improvizasiyaları, Məmmədovun özünün fortepiano pyesləri və Vaqif Mustafazadənin “Əzizəni gözləyirik” pyesinin müəllif transkripsiyası təqdim olunacaq.
“VTB Qrupu, o cümlədən törəmə bankları indiki və gələcək nəsillərin rifahı naminə milli mədəni irsi qoruyur və dəstəkləyir. Əməkdaşlıq illəri ərzində VTB (Azərbaycan) ölkədə incəsənət sahəsində bir çox əlamətdar hadisələrə dəstək verib. Riad Məmmədov kimi musiqiçilər Azərbaycanın əsl xəzinəsidir və əminik ki, onun konserti bütün klassik musiqi biliciləri üçün layiqli hədiyyə olacaq və ölkənin mədəni səviyyəsinin daha da inkişaf etməsinə töhfə verəcək”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev bildirib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
VTB (Azərbaycan) ölkədə mədəni və sosial əhəmiyyətli layihələri fəal şəkildə dəstəkləyir. Bu il bank bazar günü məktəblərinin şagirdləri və aztəminatlı ailələrin uşaqları üçün yay düşərgəsi çərçivəsində maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici təlimlər keçirib. Bundan başqa VTB (Azərbaycan) 100-dən çox insanın iştirak etdiyi gənc liderlər üçün yay universitetinin maliyyə tərəfdaşı kimi də çıxış edib.
Qeyd edək ki, Riad Məmmədov 1989-cu ildə Bakıda anadan olub. Rusiya, Azərbaycan və Kanadada keçirilən musiqi festivallarının iştirakçısı. Dünyada nadir peşəkar caz-muğam ifaçılarından biridir. Azərbaycan, Rusiya, Fransa, Belçika, İsveç və Kanadada keçirilən beynəlxalq müsabiqələrin laureatıdır. O, tanınmış orkestrlərlə çıxış edib, beynəlxalq festivallarda iştirak edib. Məmmədov yaradıcılığında müxtəlif janrları və musiqi istiqamətlərini birləşdirir. Moskva Konservatoriyasını və fortepiano üzrə aspiranturanı, habelə nəzəri aspiranturanı musiqişünas kimi bitirdikdən sonra klassik akademik repertuardan əsərlər ifa edir, eyni zamanda Rusiyada və dünyada onun səhnə və elmi maraq dairəsinə çevrilmiş muğam və caz-muğamı inkişaf etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
23 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
31 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 41 d. əvvəl
- 47 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır







.jpg)







.jpg)








