“Yataş Group” markası DivanEv Baku Electronics-də!
Baku Electronics Nərimanov mağazasında DivanEv markasının açılış mərasimi keçirilib.(®) Baku Electronics ötən həftə daha bir yeniliyə imza atıb.
Belə ki şirkətin Nərimanov mağazasında məşhur “Yataş Group”a daxil olan türk markası DivanEv-in açılışı baş tutub. Açılışda şirkət rəsmiləri, əməkdaşları, yerli və xarici qonaqlar, “blogger”lər, media nümayəndələri iştirak edib. Klassik konseptdə təşkil edilmiş açılış mərasimi şou, interaktiv oyunlar, maraqlı konsert və DJ performansı ilə qonaqların diqqətini cəlb edib.
Mərasim şirkət rəhbərliyinin açılış nitqi ilə başlayıb və daha sonra tədbirin əyləncə hissəsinə start verilib.
Nəzərinizə çatdıraq ki, DivanEv Baku Electronics Nərimanov mağazasının 4-cü mərtəbəsində yerləşir. Mağazanın ümumi sahəsi 1300 kv. metrdir. Mağazada mebeldən tekstilə geniş çeşiddə ev əşyaları yer alır.
Şirkətin PR meneceri Nigar Mehdiyevanın sözlərinə görə, Baku Electronics Nərimanov mağazasının 4-cü mərtəbəsi də istifadəyə verildikdən sonra hazırda mağaza Azərbaycanın ən böyük elektronika və məişət avadanlıqları mağazası hesab edilir.
Onu da qeyd edək ki, mağazada həm də ödənişsiz dizayn xidməti təklif edilir. Dizayn xidmətindən istifadə edərək alıcılar bəyəndikləri məhsulun evlərində necə görünəcəyinə baxa bilərlər.
Açılışa özəl olaraq 10-31 dekabr tarixlərində DivanEv-də bütün mebel məhsullarında “indi al, gələn il ödə” kampaniyası aktivdir. Üstəlik komissiya və faiz də yoxdur. Mebellərin nağd alışı zamanı isə alıcıları 50%-dək endirimlər gözləyir.
DivanEv-də qonağımız olun. Rahatlığın yeni tərzini tanıyın!
Xatırladaq ki, Baku Electronics artıq 27 ildir alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir.
Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyada tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 31 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az veb-saytı fəaliyyət göstərir.
Baku Electronics-in bütün kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik.
https://www.linkedin.com/company/bakuelectronics/
https://www.instagram.com/bakuelectronics.az/
https://www.facebook.com/Bakuelectronics.MMC/
https://www.youtube.com/user/BakuElectronicsMMC
https://www.tiktok.com/@bakuelectronics
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
- 45 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)








.jpg)








