Azərbaycan Elm Fondu ilə Özbəkistan Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Elm Fondunda (AEF) Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin icraçı aparatı, Yaşnabad İnnovasiya Texnoparkı, Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondundan olan nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd Özbəkistanın müvafiq qurumları ilə birgə layihələrin təşkil edilməsi, gənc tədqiqatçıların təcrübə keçmələri üçün imkanların yaradılması və kadr mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması olub.
Əvvəlcə AEF-in icraçı direktoru Mehriban İmanova qonaqlara Fondda son illərdə görülən işlər, icra olunan layihələr haqqında ətraflı məlumat verib. O, “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2022-ci il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun bazası əsasında yaradıldığını bildirib. Mehriban İmanova ölkədə elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması, elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, o cümlədən bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə yaradılmış Fondun əsas fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, AEF təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir.
Fondun həyata keçirdiyi qrant müsabiqələrinə layihələrin təqdim olunması qaydalarından danışan icraçı direktor alimlərin bu məqsədlə yaradılmış sistemdən istifadə edərək öz layihələrini burada yerləşdirdiklərini, layihə üzrə qiymətləndirmələrin də həmin sistem vasitəsilə aparıldığını diqqətə çatdırıb. O, Azərbaycan Elm Fondunun həyata keçirdiyi “Qarabağ‑Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin nəticələri barədə də qonaqlara məlumat verib. Bildirib ki, 32 layihənin daxil olduğu müsabiqədə Fondun daimi ekspertləri və müstəqil elmi ekspertlər tərəfindən elmi ekspertiza nəticəsində 8 layihə seçilərək maliyyələşdirilib.
Mehriban İmanova Özbəkistanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkənin elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması baxımından yeni üfüqlər açacağına və birgə əməkdaşlığın yüksək səmərə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondunun icraçı direktoru Bunyodjon Oxunov iki fond arasında sonrakı dostluq münasibətlərinin, təcrübə mübadiləsinin möhkəmləndirilməsi və inkişafının zəruriliyinə toxunub. Qeyd edib ki, Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu Azərbaycanda elm, təhsil, texnologiyalar və innovasiyalar sahəsində qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf etdirmək və dəstəkləməyi qarşıya məqsəd qoyub. O, AEF-in icraçı direktoru Mehriban İmanovanı birgə layihələrlə bağlı daha ətraflı müzakirələrin aparılması üçün Özbəkistana dəvət edib.
Görüş çərçivəsində multidissiplinar istiqamətlər üzrə aparılacaq birgə tədqiqatlara dair icra olunacaq müştərək layihələr, prioritet istiqamətlər, eləcə də ekspert mübadiləsinin aparılması, maliyyə resursları və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı növbəti il ərzində hər iki qurumun birgə qrant müsabiqəsinin elan olunması qərara alınıb.
Sonra AEF və Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən AEF-in icraçı direktoru Mehriban İmanova, Özbəkistan tərəfdən isə Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondunun icraçı direktoru Bunyodjon Oxunov imzalayıblar.
Sonda Mehriban İmanova qonaqlara “Zəfər salnaməsi” və “Qarabağ” kitablarını, Azərbaycanın milli ənənələrini əks etdirən süvenirlər, Özbəkistan nümayəndələri isə AEF-ə xatirə hədiyyələri təqdim ediblər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti





















