Kağız istehsalçısı "Mondi" Rusiyadakı biznesini satır
Kağız istehsalçısı Mondi Rusiyadakı biznesini "Gotek" qrupuna ("Готэк") 1,6 milyard rubla satır.Kağız və qablaşdırma məhsullarının istehsalçısı "Mondi" Rusiyadakı biznesini qablaşdırma materiallarının istehsalı və satışı ilə məşğul olan "Gotek" şirkətlər qrupuna 1,6 milyard rubla satır.
Marja.az xəbər verir ki, bu barədə "Mondi"nin internet saytında cümə axşamı dərc olunan bəyanatda deyilir.
"Mondi plc" Rusiyadakı qablaşdırma istehsalı və emalı üzrə üç müəssisəsini "Gotek" qrupuna 1,6 milyard rubla (cari məzənnə ilə təxminən 24 milyon avro) satmaq barədə müqavilə bağladığını təsdiqləyir”, - bəyanatda deyilir.
3 fabrikin daxil olduğu sövdələşmənin 2023-cü ilin birinci yarısında başa çatacağı gözlənilir.
Bundan əvvəl "Mondi" Sıktıvkarda yerləşən Rusiyadakı ən böyük fabrikini "Augment" investisiya şirkətinə satdığını açıqlamışdı. Şirkət Rusiyadakı biznesini satmaq qərarını ilk dəfə 2022-ci ilin mayında elan edib.
"Mondi Group" beynəlxalq qablaşdırma qabları istehsalçısıdır. Şirkətin 30-dan çox ölkədə 26 minə yaxın işçisi var. Əsas istehsal müəssisələri Mərkəzi Avropa, Rusiya, Şimali Amerika və Şimali Afrikada yerləşir. Şirkət 100-dən çox növ kağız və qablaşdırma məhsulları təklif edir.
"Gotek Group"- baş ofisi Moskvada yerləşən Rusiyanın aparıcı qablaşdırma məhsulları istehsalçısıdır. Şirkətin təxminən 2200 işçisi var.
Qeyd edək ki, "Mondi" şirkəti "Снегурочка" A4 ofis kazılarının istehsalçısıdır. Bu məhsul Azərbaycanda da çox məşhurdur.
HƏMÇİNİN OXU: "SvetoCopy" kağızlarını istehsal edən şirkət Rusiyadakı biznesini satdı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)

